“Qarabağ” antirekordunu təzələdi
20.08.2010 - 16:15
“Qarabağ” antirekordunu təzələdi
Cari mövsüm avrokuboklarda bir sıra Azərbaycan rekordlarını yeniləyən “Qarabağ” bu dəfə antirekordla fərqləndi. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi qitə kuboklarında 8-ci dəfə böyük hesabla uduzmaqla, özlərinə məxsus göstəricini yeniləyib.

Avropa Liqasının pley-off mərhələsinin Almaniyada keçirilən ilk oyununda yerli “Borussiya” ilə qarşılaşan “Qarabağ” 0:4 hesabı ilə uduzmaqla, əvvəlki 7 ağır məğlubiyyətinə birini də əlavə edib. Ağdamlılar bu 8 nəticəyə 27 görüşdə nail olub.

23.07.1997 “Yablonets” (Çexiya) – “Qarabağ” – 5:0 (UEFA kuboku)
30.07.1997 “Qarabağ” – “Yablonets” – 0:3 (UEFA kuboku)
13.08.1998 “Kopenhagen” (Danimarka) – “Qarabağ” – 6:0 (Kuboklar kuboku)
27.08.1998 “Qarabağ” – “Kopenhagen” – 0:4 (Kuboklar kuboku)
04.07.1999 “Qarabağ” – “Monpelye” (Fransa) – 0:3 (İntertoto kuboku)
11.07.1999 “Monpelye” - “Qarabağ” – 6:0 (İntertoto kuboku)
15.07.2004 “Dukla” (Slovakiya) – “Qarabağ” – 3:0 (UEFA kuboku)
19.08.2010 “Borussiya” (Dortmund, Almaniya) – “Qarabağ” – 4:0 (Avropa Liqası)


Qeyd edək ki, “Qarabağ” böyük hesablı məğlubiyyətlərin sayına görə ən yaxın izləyicilərini ikiqat qabaqlayır. Belə ki, “Neftçi” və “Kəpəz” hərəyə 4, “Şəmkir” 3, “Şəfa” və “Bakı” hərəyə 2 dəfə ən azı 3 top fərqi ilə uduzub. “Turan”, “Xəzri”, “Viləş”, “Xəzər Universiteti”, “Xəzər Lənkəran” və “Simurq”un hesabında isə bir belə qarşılaşma var.