Yoahim Löv yığmamızla oyun öncəsi seçim qarşısında
20.08.2010 - 17:45
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan yığması ilə qarşılaşacaq Almaniya millisinin heyəti avqustun 27-də açıqlanacaq. Apasport.az saytının məlumatına görə, sentyabrın 7-də Köln şəhərində keçiriləcək oyuna baş məşqçi Yoahim Löv təxminən 20-yə yaxın futbolçu çağırmağı planlaşdırır.
Yığmamızın Avropa çempionatının seçmə mərhələsində səfərdə baş tutacağı ilk görüşünə 50 yaşlı mütəxəssisin yeni futbolçu çağırması gözlənilmir.
Qeyd edək ki, son görüşdə Danimarka ilə yoldaşlıq matçında sülh bağlayan (2:2) rəqib milli komandamızdan öncə Belçika ilə qüvvəsini sınayacaq. Son dünya çempionatının bürünc mükafatçısı Brüsseldə oyuna sentyabrın 3-də çıxacaq.

0
0