“Turan” daha bir legioneri sifariş edir
20.08.2010 - 18:03
“Muğan”la oyuna ciddi hazırlaşmışıq. Ancaq qələbə haqqında düşünürük. Başqa yolumuz da yoxdur”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan”ın baş məşqçisi Sakit Alıyev deyib.
Keçirdiyi hər iki oyunda məğlub olan Tovuz təmsilçisi həftəsonu “Muğan”la qarşılaşacaq. Qərb təmsilçisindən fərqli, Salyan klubu artıq 3 xal qazanıb. Ancaq Alıyev AZAL-la oyunda baş verən hakim səhvini unutduqlarını, futbolçuların oyuna istəkli çıxacaqlarını vurğulayıb: “AZAL-la oyun arxada qaldı. Hakim bizi ən azı 1 xaldan etdi. Bu uşaqlara psixoloji təsir göstərsə də, onlarla fərdi söhbətlər aparmışıq. Bu dəfə doğma azarkeşlərimizi sevindirmək istəyirik. 2 gürcü futbolçu gəlməlidir. Onları da transfer etsək, heyəti komplektləşmiş hesab etmək olar. Ancaq istənilən halda, yerli uşaqlara güvənəcəyik”.
Bu arada ötən mövsüm “Turan”ın formasını geyinən Rəşid Həsənov yenidən Tovuz təmsilçisinin düşərgəsinə dönüb. Zədəli olduğuna görə, vətənində müalicə kursu keçən yarımmüdafiəçi bu gün ilk məşqinə çıxıb. Klubdan verilən məlumata görə, Həsənovun adı iştirak ərizəsinə salınacaq.

0
0