Berti Foqtsa əvəzləyici tapdılar
20.08.2010 - 23:09
Xorvatiya mətbuatı ölkəmizlə bağlı sensasion məlumat yayıb. Apasport.az saytının xəbərinə görə, tanınmış xorvat mütəxəssis Miroslav Blajeviç yığmamızın baş məşqçisi postunda Berti Foqtsu əvəzləyə bilər.
Yazıda hətta Avro-2012-nin seçmə mərhələsi üçün Blajeviçə 1,5 milyon avro təklif olunduğu qeyd edilib. Hazırda Çin "Şanxay Nenxua"sını çalışdıran 75 yaşlı baş məşqçinin təyinatı baş tutsa, bu onun İsveçrə, Xorvatiya, İran və Bosniya və Hersoqovinadan sonra rəhbərlik edəcəyi 5-ci yığma komanda olacaq.
Qeyd edək ki, Berti Foqtsun hazırki anda işindən kənarlaşdırılma ehtimalı azdı. Çünki AFFA rəhbərliyi ötən ilin sonunda alman çalışdırıcı ilə yeni müqavilə imzalayıb.

0
0