“Neftçi” “Simurq”a göz açmağa imkan vermədi
20.08.2010 - 23:00
“Neftçi” “Simurq”a göz açmağa imkan vermədi
Unibank Premyer Liqasında çıxış edən komandaların əvəzedici heyətləri arasında keçirilən Azərbaycan çempionatında III tura start verilib. Apasport.az saytının xəbərinə görə, ilk iki turda məğlub olan "Neftçi" bu dəfə qələbə qazandı.

Paytaxt klubu məğlubiyyətlərin acığını "Simurq"u darmadağın etməklə çıxdı - 5:0. "İnter" səfərdə "Xəzər-Lənkəran"ı iki cavabsız qolla yendisə, AZAL "Gəncə"ni 1:0 hesabıyla məyus edib.

Tura bu gün keçiriləcək MOİK - "Qarabağ", "Turan" - "Muğan" və "Bakı" - "Qəbələ" oyunları ilə yekun vurulacaq.

1. İnter 3 3 0 0 4-0 9
2. Qəbələ 2 2 0 0 6-3 6
3. Qarabağ 2 2 0 0 2-0 6
4. AZAL 3 1 1 1 1-2 4
5. Neftçi 3 1 0 2 7-4 3
6. Gəncə 3 1 0 2 5-3 3
7. Turan 2 1 0 1 2-1 3
8. MOİK 2 1 0 1 2-1 3
9. Xəzər-Lənkəran 3 1 0 2 2-5 3
10. Muğan 2 1 0 1 1-2 3
11. Bakı 2 0 1 1 0-1 1
12. Simurq 3 0 0 3 1-11 0