“Real”ın hədəfindəki ulduzlar
20.08.2010 - 23:13
“Real”ın hədəfindəki ulduzlar
"Real"ın baş məşqçisi Joze Mourinyo komandaya yeni bir hücumçunun transfer edilməsini istəyir. Apasport.az saytının xəbərinə görə, klubun idman direktoru Xorxe Valdanonun "Məsut Özildən sonra heç bir transfer edilməyəcək" deməsinə baxmayaraq, portuqaliyalı çalışdırıcı yalnız İquayn və Benzemanın hücum xətti üçün yetərli olmadığını bildirərək bu mövqeyə daha bir oyunçu transfer olunmasını tələb edib.

İspaniyanın "Marca" qəzetinin xəbərinə görə, siyahının başında Didyə Droqbanın adı var. Digər simalara gəlincə, bunlar Fernando Llorente, Romelu Lukaku və Mario Qomesdi.

Yeri gəlmişkən, komandadan ayrılması gündəmdə olan Lassana Diarra ilə söhbətləşən Mourinyo fransız oyunçunun komanda qalmasını və onu mövsüm boyunca istifadə etmək istədiyini söyləyib.