Azərbaycan yığması üçün 21 almaniyalı futbolçu
27.08.2010 - 14:15
Azərbaycan yığması üçün 21 almaniyalı futbolçu
Almaniya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bundestimin baş məşqçisi Yoahim Löv Avro-2012-nin seçmə mərhələsinin ilk oyunlarında sərəncamında görmək istədiyi futbolçuların siyahısını müəyyənləşdirib.

Onlar sentyabrın 3-də Belçika, 4 gün sonra Azərbaycan yığması ilə görüşlərdə iştirak edə biləcəklər. Mütəxəssis bu iki matça 21 futbolçu dəvət edib.

Qapıçılar: Rene Adler (“Bayer”), Manuel Noyer (“Şalke”), Tim Vize (“Verder”)

Müdafiəçilər: Holger Badstruber, Filip Lam (hər ikisi “Bavariya”), Marsel Yansen, Heyko Vestermann (hər ikisi “Hamburq”), Per Mertezaker (“Verder”), Saşa Rieter (“Volfsburq”)

Yarımmüdafiəçilər: Toni Kroos, Tomas Müller, Bastian Şvaynştayger (hamısı “Bavariya”), Sami Hedira, Məsud Özil (hər ikisi “Real”, İspaniya), Kakau, Krisian Treş (hər ikisi “Ştutqart”), Marko Marin (“Verder”), Lukas Podolski (“Köln”)

Hücumçular: Mario Qomes, Miroslav Kloze (hər ikisi “bavariya”), Stefan Kisslinq (“Bayer”)

Qeyd edək ki, Almaniya – Azərbaycan oyunu Kölndə keçiriləcək.