Liderlər oynayacaq, “Qarabağ” baxacaq
27.08.2010 - 14:26
Liderlər oynayacaq, “Qarabağ” baxacaq
Sabah Unibank Premyer Liqasında IV turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, cəmi 5 matçın baş tutacağı turun ilk fiti Salyanda veriləcək.

Münasibətlərini aydınlaşdıracaq ortabablar “Muğan” və “Gəncə” növbəti xallarını qazanmağa çalışacaqlar. Sonuncular kimi qələbə həsrətində olan, lakin 2 deyil, cəmi 1 xala malik komandalar isə Zaqatalada üz-üzə gələcək. Autsayderlər qrupundan uzaqlaşmağa çalışacaq rəqiblər uğursuz seriyaları dayandırmağa cəhd edəcək. Belə ki, “Simurq” doğma meydanındakı son 2, “Turan” isə bu rəqibi ilə son 4 görüşdə nəinki qələbə, hətta xala da həsrət qalıb.

Sabah baş tutacaq son qarşılaşma liderlərin görüşüdür. Top fərqinə görə ilk iki pillədə yer alan “Neftçi” və “İnter” son ölkə çempionunun meydanında üz-üzə gələcək. Üç il yarımdır rəqibini səfərdə uda bilməyən flaqman Georgi Lomayanın quru seriyasını qırmağa çalışacaq. Premyer Liqanın bombardiri Bahodir Nasimov isə nəyə qadir olduğunu bir daha sübut etməli olacaq.

“Qarabağ” – “Bakı” oyunu təxirə salındığından avqustun 29-da cəmi 2 qarşılaşma keçiriləcək. Hələ də xala həsrət qalan “Qəbələ” Toni Adamsın rəhbərliyi altında ilk uğurunu MOİK-lə görüşdə əldə etmək fikrindədir. Lakin iki oyunçusunun cəzalı olması meydan sahiblərinə əlavə çətinlik yarada bilər.

Turun baş tutacaq son matçı da “Şəfa”da keçiriləcək. Bir gün əvvəl bu stadionda oynayan “Neftçi” ilə “İnter”in xal itirməsini gözləyən AZAL və “Xəzər Lənkəran” şəriki olduqları zirvəni ələ keçirməyə cəhd edəcək.

Unibank Premyer Liqası
IV tur
28 avqust (şənbə)


17:15. "MUĞAN" - "GƏNCƏ"

Hakimlər: Cabbarov Rauf, Əliyev Habil, Ələkbərov Aydın, Feyzullayev Feyzulla
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu

17:30. "SİMURQ" - "TURAN"
Hakimlər: Haşımov Ceyhun, Acalov Elşən, Musatkin Aleksandr, Əsgərov Elvin
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

20:00. "İNTER" - "NEFTÇİ"
Hakimlər: Salmanov Anar, Nağıbəyov Eldar, Musayev Elman, Məmmədov Elçin
"Şəfa" stadionu

29 avqust (bazar)

18:00. "QƏBƏLƏ" - MOİK

Hakimlər: Həmzəyev Əfqan, Əsgərov Azər, Durmuşov Elşən, Diniyev Ramil
Qəbələ şəhər stadionu

20:00. AZAL - "XƏZƏR LƏNKƏRAN"
Hakimlər: Əhmədov Rövşən, Abdullayev Munis, Hacıyev Samir, İbrahimov Əmrah
"Şəfa" stadionu

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

3

2

1

0

7-1

7

2

İnter

3

2

1

0

4-0

7

3

Xəzər Lənkəran

3

2

1

0

3-0

7

4

AZAL

3

2

1

0

5-3

7

5

Qarabağ

2

1

1

0

2-1

4

6

Muğan

3

1

1

1

4-4

4

7

Bakı

3

1

0

2

4-5

3

8

MOİK

3

1

0

2

3-4

3

9

Gəncə

2

0

2

0

2-2

2

10

Turan

3

0

1

2

1-5

1

11

Simurq

3

0

1

2

1-7

1

12

Qəbələ

3

0

0

3

1-5

0


Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 5.