UEFA Azərbaycanda monitorinq aparacaq
27.08.2010 - 14:37
UEFA Azərbaycanda monitorinq aparacaq
Futbolun inkişafı üçün yeni məşqçi nəslinin hazırlanmasına diqqətlə yanaşan AFFA 2008-ci ildən UEFA-nın Məşqçilər Konvensiyasına qoşularaq ölkəmizdə “C”, “B” və “A” kateqoriyalı məşqçi kurslarının keçirilməsi hüququnu qazanıb. Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən xəbərinə görə, ötən müddət ərzində 300-dən artıq məşqçi bu kurslarda təhsil alaraq müxtəlif kateqoriyalara yiyələnib. Bu sistemi davam etdirmək məqsədilə futbol qurumu ölkəmizdə ilk dəfə olaraq “Pro” kateqoriyalı məşqçilər hazırlamaq üçün UEFA-ya müraciət edib. Avropa futbol qurumu bununla bağlı monitorinq apardıqdan sonra bu ilin sonuna qədər qərarını verəcək.