İbrahimoviç “Milan”da
27.08.2010 - 15:25
İbrahimoviç “Milan”da
“Milan” Zlatan İbrahimoviçin transferini reallaşdırıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Barselona”nın hücumçusu növbəti mövsümdən Milan təmsilçisinin şərəfini qoruyacaq.

İbrahimoviçin “Milan”a keçidi 40 milyon avroya baş tutub. İtaliyalılar “Barselona”ya bu pulu 3 ilə (15, 15, 10 milyon avro) ödəyəcəklər. Qvardiola ilə yola getməyən isveçlinin yeni klubunda illik məvacibi əvvəlki komandası ilə müqayisədə 1 milyon az olacaq. O, burada 9 milyon avroya oynamağa razılıq verib.

Qeyd edək ki, 2009-cu ildə 50 milyon avro və Samuel Eto’Onun əvəzinə “Barselona”ya transfer olunan İbrahimoviçin transferi komandasını 47 milyon avro ziyana salıb.