“Xəzər-Lənkəran” “Neftçi”ni zirvədə tək qoymadı
29.08.2010 - 20:52
“Xəzər-Lənkəran” “Neftçi”ni zirvədə tək qoymadı
Bu gün Unibank Premyer Liqasının IV turun iki oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, təxirə salınan “Qarabağ” – “Bakı” oyunu nəzərə alınmasa bu iki qarşılaşma ilə tura yekun vurulub.

İlk 3 turda xal qazana bilməyən “Qəbələ” Toni Adamsın rəhbərliyi altında ilk heç-heçəsini MOİK-lə görüşdə əldə edib. “Hərbçilər”in ardıcıl iki məğlubiyyətdən sonra xal qazandığı görüş həm də Nicat Tağıyevin ciddi xəsarət alaraq meydanı tərk etməsi ilə əlamətdar olub.

Turun son matçında AZAL və “Xəzər Lənkəran” üz-üzə gəliblər. əcək. Həftəsonuna kimi birinci pilləyə şərik olan rəqiblər vahid liderliyə yüksələn “Neftçi”ni zirvədə tək qoymamaq üçün qələbə qazanmağa çalışıblar. Mirça Rednikin yetirmələrinin Bakı səfəri Kamran Ağayevin də zədələnməsi ilə əlamətdar olub. Mübarizəni kapitanın yoxluğunda davam etdirən qonaqlar uzatma dəqiqələrində Elvin Becirinin vurduğu qolla 3 xal qazanıblar. İki həftəlik fasilə ərəfəsində “Neftçi”ni zirvədə tək qoymayan Lənkəran təmsilçisi qapısından qol buraxmayan yeganə komandadır.

Xatırladaq ki, cəmi 5 qarşılaşmanın baş tutacağı tura dünənki 3 matçla start verilib. Bu oyunların ikisi əyalətdə, biri isə paytaxtda baş tutub.

Həftəsonunun açılış matçında “Muğan” və “Gəncə” üz-üzə gəliblər ki, bu qarşılaşmada qalib müəyyənləşməyib. Hərəyə bir qol vuran rəqiblər elə bir xalla da kifayətləniblər. Bu gəncəlilərin ardıcıl üçüncü heç-heçəsidir.

Qələbə həsrətində olan “Simurq”la “Turan”ın qarşılaşması isə onların autsayderlər qrupundan uzaqlaşması baxımından əhəmiyyət kəsb edirdi. Lakin hərəyə iki qol vuran komandalar eyni sayda xal itkisi ilə barışıb. Bu isə hər iki komandanın elə turnir cədvəlinin aşağı sıralarında qalması ilə nəticələnib.

Günün son matçı isə Bakıda keçirilib. Heç-heçələrlə başlayan turun bərabərlik ənənəsi də paytaxt derbisində qırılıb. Liderlər – “İnter” və “Neftçi”nin duelində “ağ-qaralar” güclü çıxıb. Mövsümün startından bütün oyunlarda qol vuran Bahodir Nasimovun qarşısında “İnter” də tab gətirməyib. Georgi Lomayanın seriyasını qıran özbəkistanlı legioner həm özünün bombardirlər yarışında, həm də komandasının Premyer Liqadakı liderliyini daha da möhkəmlədib.

Unibank Premyer Liqası
IV tur
29 avqust (bazar)


17:30. "QƏBƏLƏ" - MOİK - 0:0
Hakimlər: Həmzəyev Əfqan, Əsgərov Azər, Durmuşov Elşən, Diniyev Ramil
Qəbələ şəhər stadionu

20:00. AZAL - "XƏZƏR LƏNKƏRAN" - 0:1
QOL: Elvin Beciri, 90+3
Hakimlər: Əhmədov Rövşən, Abdullayev Munis, Hacıyev Samir, İbrahimov Əmrah
"Şəfa" stadionu

28 avqust (şənbə)

17:15. "MUĞAN" - "GƏNCƏ" - 1:1
QOLLAR: Reis Klaudinei, 90+2 - Samir Zərgərov, 31
Hakimlər: Cabbarov Rauf, Əliyev Habil, Ələkbərov Aydın, Feyzullayev Feyzulla
Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionu

17:30. "SİMURQ" - "TURAN" - 2:2
QOLLAR: Baçana Sxadadze, 60, Yasin Abbasov, 64- George Modebadze, 51; 83
Hakimlər: Haşımov Ceyhun, Acalov Elşən, Musatkin Aleksandr, Əsgərov Elvin
Zaqatala şəhər Olimpiya İdman Kompleksinin stadionu

20:00. "İNTER" - "NEFTÇİ" - 0:2
QOLLAR: Bahodir Nasimov, 34, Flavio Aleks Valensio, 50-pen.
Hakimlər: Salmanov Anar, Nağıbəyov Eldar, Musayev Elman, Məmmədov Elçin
"Şəfa" stadionu

Komanda

O

Q

H

M

Qollar

Xallar

1

Neftçi

4

3

1

0

9-1

10

2

Xəzər Lənkəran

4

3

1

0

4-0

10

3

İnter

4

2

1

1

4-2

7

4

AZAL

4

2

1

1

5-4

7

5

Muğan

4

1

2

1

5-5

5

6

Qarabağ

2

1

1

0

2-1

4

7

MOİK

4

1

1

2

3-4

4

8

Gəncə

3

0

3

0

3-3

3

9

Bakı

3

1

0

2

4-5

3

10

Turan

4

0

2

2

3-7

2

11

Simurq

4

0

2

2

3-9

2

12

Qəbələ

4

0

1

3

1-5

1


Bombardir: Bahodir Nasimov (“Neftçi”) – 6.