“Rəqib 6-7 oyunçu ilə müdafiə olunurdu”
28.08.2010 - 19:58
"Bu gün oyunumuzun 30 faizini göstərə bildik”. Apasport.az saytının məlumatına görə, bu sözləri Salyanın "Muğan" klubunun baş məşqçisi Almir Hurtiç deyib.
Bosniya və herseqovinalı mütəxəssis Unibank Premyer Liqasının IV turunun “Gəncə ilə oyunundan sonra keçirilən mətbuat konfransında itirilən iki xala üzüldüyünü açıqlayıb: “Rəqib 6-7 futbolçu ilə müdafiə olunaraq, əks-hücum taktikası seçmişdi. Bu cür komandaya qarşı oynamaq çox çətindir. "Gəncə" klubunu 1 xal qazanması münasibəti ilə təbrik edirəm. Artıq bu oyunu unudub növbəti oyuna hazırlaşacağıq".
Qeyd edək ki, “Muğan” 1:1 hesabı ilə nəticələnən oyunadək son iki ev qarşılaşmasını qələbə ilə bitirmişdi.
Mənbə: pfl.az

0
0