Sakit Alıyev: Ən yaxşı oyunumuzu oynadıq
28.08.2010 - 20:14
"Bu gün qarşılaşan hər iki komanda heyətdə əsasən gənc yerli oyunçulara üstünlük verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Tovuzun "Turan" klubunun baş məşqçisi Sakit Alıyev deyib.
O, Unibank Premyer Liqasının IV turunda Zaqataladan xalla dönən yetirmələrindən razı qalıb. Alıyev “Simurq”la matçdan sonrakı mətbuat konfransında 2:2 hesablı heç-heç üçün oyunçularına minnətdarlıq edib: “Fikrimcə keçirdiyimiz 4 oyundan ən yaxşısını bu gün oynadıq. Komandamdan razı qaldım. Futbolçularıma təşəkkürümü bildirirəm".
Qeyd edək ki, “Turan” və “Simurq” cari mövsümdə hələ də qələbə qazanmayıb.
Mənbə: pfl.az

0
0