Hacıyevski yarımmüdafiəçiləri qınadı
28.08.2010 - 20:25
Hacıyevski yarımmüdafiəçiləri qınadı
"Komandanın orta xəttinin oyunu məni qane etmədi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Zaqatalanın "Simurq" klubunun baş məşqçisi Qyoko Hacıyevski deyib.

Makedoniyalı mütəxəssis yetirmələrinin evdə “Turan”ı məğlub edə bilməməyindən narazı qalıb. Hacıyevski Unibank Premyer Liqasının IV turunun qarşılaşmasından sonra keçirilən mətbuat konfransında iki xalın itirilməsinin səbəblərini açıqlayıb: “Futbolçularımız fiziki cəhətdən üstün olsalar da, mübarizədə rəqibə uduzurdular. "Turan" komandasını 1 xal qazandığı üçün təbrik edirəm".

Qeyd edək ki, “Simurq” – “Turan” qarşılaşması 2:2 hesabı ilə başa çatıb.