“Xəzər Lənkəran” azarkeşlərin hücumuna məruz qaldı
28.08.2010 - 21:33
“Xəzər Lənkəran” azarkeşlərin hücumuna məruz qaldı
Unibank Premyer Liqasının IV turu qalmaqalla yadda qalıb. Apasport.az saytının xəbərinə görə, hadisə “Şəfa” stadionunda keçirilən “İnter” – “Neftçi” matçının fasiləsində qeydə alınıb.

Belə ki, turun mərkəzi görüşünü “Xəzər Lənkəran” klubunun rəsmiləri, məşqçi heyəti və futbolçuları da izləyib. Amma cənub təmsilçisinin oyunu izləməsi “Neftçi” azarkeşlərini qıcıqlandırıb. İlk yarıda “ağ-yaşıllar”ın əleyhinə xoşagəlməz şüarlar səsləndirən bakılı fanatlar “Xəzər Lənkəran”a məxsus avtobusu daş-qalaq ediblər.