“İnter”in məşqçisi: Sxadadzenin cəzalı olması bizə psixoloji təsir etdi
28.08.2010 - 23:10
“İnter”in məşqçisi: Sxadadzenin cəzalı olması bizə psixoloji təsir etdi
"Oyunumuz alınmadı, ilk hissədə qapımızda qol gördük. İkinci hissənin başlanğıcında isə daha bir qol buraxdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının "İnter" klubunun məşqçisi Giorgi Çixradze deyib.

Gürcüstanlı çalışdırıcı Unibank Premyer Liqasının IV turunun “Neftçi” ilə oyunundan sonra keçirilən mətbuat konfransında 0:2 hesablı məğlubiyyətin səbəblərini izah edib. Beş oyunluq cəzalanan baş məşqçi Kaxaber Sxadadzeni əvəz edən həmyerlisi komandadakı problemlərdən gileylənib: “Bundan sonra oyunu çevirmək çox çətin idi. Qarşılaşmaya bir sıra itkilərlə çıxmışdıq, bəzi futbolçularımız zədəlidir. Bu, oyunumuza müəyyən təsirini göstərdi. Baş məşqçimiz Kaxaber Sxadadzenin cəzalı olması da komandaya psixoloji təsir etdi. "Neftçi"yə qarşıdakı oyunlarda uğurlar arzulayıram"

Qeyd edək ki, “Neftçi” ilə oyunda “İnter”in Premyer Liqanın cari mövsümün ilk məğlubiyyəti qeydə alınıb.