Arif Əsədov: Oyundan məmnun qaldım
28.08.2010 - 23:15
"Bütün futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm, hamısına minnətdarlığımı bildirirəm. Göstərilən oyundan məmnun qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri bakının "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.
Gənc mütəxəssis Unibank Premyer Liqasının IV turunun “İnter”lə oyunundan sonra keçirilən mətbuat konfransında komandasından razı qaldığını gizlətməyib. Əsədov “Neftçi”nin günü-gündən gücləndiyini düşünür: “Bu oyuna xüsusi motivasiya ilə hazırlaşmışdıq. Ötən mövsüm "İnter"ə qarşı keçirdiyimiz bir çox oyunlarda məğlub olmuşduq. Bu gün qalib gəldik, ayrı-ayrı ad çəkmək istəmirəm, futbolçularımın hamısından razıyam. hər oyundan sonra komandada uyğunlaşma daha da yaxşılaşır. "İnter" komandasına uğurlar arzu edirəm”.
Qeyd edək ki, ardıcıl üçüncü qələbəsini qazanan “Neftçi” “İnter”i 2:0 hesabı ilə məğlub edib.
Mənbə: pfl.az

0
0