Branimir Subaşiç “Qəbələ”də
29.08.2010 - 12:46
Azərbaycan milli komandasının sabiq futbolçusu Branimir Subaşiçin yeni komandasının adı məlum olub. Apasport.az saytının məlumatına görə, 28 yaşlı hücumçu karyerasını yenidən ölkəmizdə davam etdirəcək.
Belqradın “Srvena Zvezda” klubu ilə yollarını ayıran milliləşən serbiyalı futbolçu “Qəbələ” klubu ilə anlaşıb. Subaşiç qarşıdakı 1 il ərzində Toni Adamsın rəhbərliyi altında çıxış edəcək.
Qeyd edək ki, 2005-ci ildə “Neftçi”yə transfer olunan Branimir üç il bu komandanın şərəfini qoruduqdan sonra vətəninə dönmüşdü.

0
0