Azərbaycan yığması 5-cı oldu
29.08.2010 - 14:34
Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Avropa Liqasının B divizionunda çıxışlarını başa vurub. Apasport.az saytının məlumatına görə, Emil Cabbarovun yetirmələri Portuqaliyada təşkil olunan promofinal mərhələsində sonuncu matçını İngiltərə yığmasına qarşı keçirib. Bu gün keçirilən 5-ci yer uğrunda oyunda yığmamız 4:2 hesabı ilə qalib gəlib. Müslüm Hüseynovun dubl etdiyi qarşılaşmada Asif Zeynalov və Hikmət Bağırov hərəyə bir dəfə fərqlənib.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0