Elmar Baxşıyev: Çempionluq yolunda problemsiz irəliləyirik
29.08.2010 - 19:31
Elmar Baxşıyev: Çempionluq yolunda problemsiz irəliləyirik
“Maraqlı oyun alındı. Qarşılaşmadan əvvəl bildirmişdik ki, məqsədimiz 3 xal qazanmaqdır. Onu da əldə etdik”. Bu sözləri apasport.az saytına açıqlamasında Bakının “Neftçi” klubunun futbolçusu Elmar Baxşıyev deyib.

Dünən Unibank Premyer Liqasının IV turu çərçivəsində keçirilən görüşdə “İnter”i 2:0 hesabı ilə məğlub edən “Neftçi” turnir liderliyini davam etdirir. Flaqmanın təcrübəli yarımmüdafiəçi “İnter”in güclü komanda olduğunu bildirib: “İnter”in güclü komanda olduğunu bilirik. Buna baxmayaraq, əsas məqsədimiz qələbə qazanmaq idi. Qələbə qazanacağımıza əmin idik. Çempionluq yolunda problemsiz irəliləyirik”.

Hazırda 10 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan “Neftçi” çempionatdakı bütün komandaları ciddi rəqib kimi qəbul edir. “Ağ-qaralar”ın üzvü bunu əsas amil hesab edir: “Hər bir oyuna ciddi yanaşırıq. Çempionluğa gedən yolda bütün komandaları ciddi rəqib kimi qəbul edirik”.