“Qələbəni biz daha çox arzuladıq və buna nail olduq”
29.08.2010 - 20:00
“Qələbəni biz daha çox arzuladıq və buna nail olduq”
“İnter”in güclü rəqib olduğunu bilirdik. Ötən mövsüm çempion olaraq bunu sübut etmişdilər”. Bu sözləri apasport.az saytına açıqlamasında “Neftçi”nın və milli komandamızın üzvü Cavid Hüseynov deyib.

Unibank Premyer Liqasının növbəti turunda çempionluğa iddialı “İnter”i səfərdə məğlub etdiklərinə görə sevincli olduğunu bildirən gənc yarımmüdafiəçi qələbəni daha çox arzulayan tərəfin əldə etdiyini vurğulayıb: “Onlar da bizim kimi çempionluğa oynayırlar. Görüşün çətin keçəcəyini bilirdik. Qələbəni biz daha çox arzuladıq və buna nail olduq”.

Hüseynov ötən illə müqayisədə bu mövsüm güclü olduğunu sözlərinə əlavə edib: “İnter” kimi güclü bir rəqiblə oyunda qələbə qazanacaığımızı bilirdik. Çünki bu il komandamız çox güclüdür”.