Nicat Tağıyev müalicəsini xəstəxanada davam etdirir
29.08.2010 - 20:31
Nicat Tağıyev müalicəsini xəstəxanada davam etdirir
Unibank Premyer Liqasının IV turunda zədələnən MOİK klubunun hücumçusu Nicat Tağıyevin vəziyyəti qənaətbəxşdir. Apasport.az saytının məlumatına görə, "Qəbələ" ilə oyunda xəsarət alaraq erkən əvəzlənən futbolçu müalicəsini Qəbələ şəhər xəstəxanasında həkim nəzarətində davam etdirir.

MOİK-in baş məşqçisi Ramil Əliyev Nicatın tezliklə heyətə qayıdacağına ümid edir: "Nicatın vəziyyəti artıq yaxşılaşıb, tezliklə sağalacağına və yaxın günlərdə yenidən məşqlərə başlayacağına ümid edirəm".

Qeyd edək ki, Tağıyev "Qəbələ" klubunun qapıçısı Pavels Dorosevslə mübarizədə boğazından ciddi zədə alaraq əvəzlənmişdi. Onun zədələnməsi oyunu gedişində 10-12 dəqiqəlik fasilənin yaranması ilə də nəticələnmişdi.

Mənbə: pfl.az