“Tağıyevin zədələnməsi bizə çox pis təsir etdi”
29.08.2010 - 20:43
“Tağıyevin zədələnməsi bizə çox pis təsir etdi”
"Ardıcıl iki məğlubiyyətdən sonra bu oyunda qələbə qazanmaq istəyirdik. Meydana 3 xal üçün çıxmışdıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

Paytaxt təmsilçisinin gənc çalışdırıcısı Unibank premyer Liqasının IV turunun “Qəbələ” ilə səfər oyununda qeydə alınan heç-heçəni 2 xal itkisi sayır. Çünki Əliyev bu matçdan 3 xalla dönməyi planlaşdırırmış: “Lakin oyunun başlanğıcında Nicat Tağıyevin zədələnməsi bizə çox pis təsir etdi. Komandada psixoloji gərginlik yarandı. Buna baxmayaraq, oyunu heç-heçə başa vurduq, fikrimcə biz bu oyunda 1 xala layiq idik".

Qeyd edək ki, “Qəbələ” – MOİK oyununda qapılara qol vurulmayıb.