Mirça Rednik: Bu gün də şans bizim tərəfimizdə idi
29.08.2010 - 23:01
Mirça Rednik: Bu gün də şans bizim tərəfimizdə idi
"Rəqibin əvvəlki oyunlarını izləmişdik, AZAL-ı yaxşı təhlil etmişdik”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Xəzər Lənkəran" klubunun baş məşqçisi Mirça Rednik deyib.

Rumıniyalı mütəxəssis Unibank Premyer Liqasının IV turunun AZAL ilə oyunundan sonra keçirilən mətbuat konfransında paytaxt təmsilçisini tərifləyib: “Bu oyunun çətin keçəcəyini bilirdik. AZAL komandası çox yaxşı heyətə malikdir. Nazim Süleymanov çox gözəl komanda qurub. Hesaba gəlincə isə oyun heç-heçə də başa çata bilərdi. Lakin futbolda şans da var, bu gün də şans bizim tərəfimizdə idi”.

Rednik ölkə çempionatında yaranan fasilənin “Xəzər Lənkəran” üçün sərfəli olduğunu düşünür: “Son dəqiqələrdə fürsətdən istifadə edib qələbə topunu vurduq. Qarşıdakı fasilədən istifadə edərək komandadakı adaptasiyanı yaxşılaşdıracağıq. AZAL-a qarşıdakı oyunlarda uğurlar arzu edirəm".

Qeyd edək ki, “Xəzər Lənkəran” AZAL-ı 1:0 hesabı ilə məğlub edib.