Nazim Süleymanov: Hamı başa düşməlidir ki, oyun 90 dəqiqə oynanılır
29.08.2010 - 23:04
"Oyunda bir səhv buraxdıq, məğlub olduğumuz üçün təəssüflənirəm”. Apasport.az saytının məlumatına görə, bu sözləri AZAL klubunun baş məşqçisi Nazim Süleymanov deyib.
O, Unibank Premyer Liqasının IV turunun “Xəzər Lənkəran”la oyunundan sonra keçirilən mətbuat konfransında komandasının məğlubiyyətinə üzüldüyünü bildirib: “Oyun 90 dəqiqə oynanılır, bunu hamı başa düşməlidir. Futbolun gözəlliyi qoldur, oyunda çalışıb qol vurmaq lazımdır. Qarşıda hələ uzun marafon var. "Xəzər Lənkəran" komandasına uğurlar arzulayıram".
Qeyd edək ki, AZAL “Xəzər Lənkəran”la qarşılaşmada uzatma dəqiqələrində buraxdığı qolla məğlub olub – 0:1.
Mənbə: pfl.az

- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
- Cek Qriliş məşqə gəlmədi – "Everton"dan sərt cəza
- Afrika Millətlər Kubokunun təqvimi dəyişdi – 2029-cu il ləğv edildi
0
0