Rəşad Sadıqovdan səssiz-səmirsiz keçid
30.08.2010 - 09:00
Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqov karyerasını yenidən Türkiyədə davam etdirəcək. Apasport.az saytının məlumatına görə, bir ildir çıxış etdiyi Ağdamın “Qarabağ” klubu ilə vidalaşan 28 yaşlı müdafiəçi Superliqa təmsilçisi “Əskişəhərspor”la iki illik müqavilə imzalayıb.
Vaxtilə Superliqada “Kayserispor” və “Kocaelispor”da forma geyinən Rəşad hələ “Qarabağ”da oynadığı zaman xaricdən, o cümlədən Türkiyədən təkliflər alsa da, Avroliqa oyunları ilə əlaqədar komandasını çətin vəziyyətdə qoymaq istəmirdi. Nəhayət, Dortmund “Borussiya”sına məğlubiyyətdən sonra avrokuboklarda mübarizəni dayandıran “Qarabağ”ın futbolçusu Avropada “transfer pəncərəsi”nin bağlanmasına az qalmış Əskişəhərə gəlib.
Türk həmkarlarımız üçün də bu keçid gözlənilməz olub: “İki mövsüm öncə “Kocaelispor”un formasını geyən Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqov dünən Əskişəhərə gələrək, iki illik sözləşməni səssiz-səmirsiz imzaladı. Müdafiədəki çətinliyi aradan qaldırmaq üçün günlərdir axtarışda olan klub prezidenti Halil Ünal bir dönəm Rəşadla əl sıxdı. 28 yaşlı futbolçu dünən “Əskişəhər”la müqavilə imzaladıqdan sonra onun “Qalatasaray”la oyununu tribunadan izlədi. Rəşadın transfer vərəqi sabah gələcək və “Bursaspor”la oynayacaq görüşdə heyətdə yer veriləcəyi halda oynaya biləcək”.

0
0