“Tvente” Vaqif Cavadovu icarəyə verir
30.08.2010 - 10:36
“Tvente” Vaqif Cavadovu icarəyə verir
Azərbaycan milli komandasının futbolçusu Vaqif Cavadovun karyerasını davam etdirəcəyi komanda müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Hollandiya mətbuatı “Tvente”nin 21 yaşlı hücumçusunun vətənə qayıdacağını iddia edir. Onların fikrincə, Cavadovla yollarını birdəfəlik ayırmağa tələsməyən Enshede təmsilçisi onu icarəyə vermək qərarına gəlib.

“Tvente” rəhbərliyi bu ilin yanvarında klubla 3 il yarımlıq müqavilə bağlayan hücumçunun icarəsi üçün “Bakı”ya üstünlük verib. Cavadovun paytaxt təmsilçisində icarə müddəti 1 il müddətinə nəzərdə tutulub.

Qeyd edək ki, Hollandiyada olduğu 7 ay müddətində əsas komandada debüt edə bilməyən Vaqifin “Bakı”ya keçəcəyi ilə bağlı məlumatı apasport.az saytı 2 həftə əvvəl yaymışdı.