“Qəbələ”nin sabiq futbolçusu “Kilmarnok”a keçdi
30.08.2010 - 12:05
“Qəbələ” klubunun sabiq futbolçusu Tomaş Stolpa özünə yeni komanda tapıb. Apasport.az saytının məlumatına görə, Azərbaycanda top qovmuş polşalı hücumçu Şotlandiyanın “Kilmarnok” komandası ilə rəsmi müqavilə imzalayıb. Bu, Stolpa karyerası ərzində çıxış edəcəyi 7-ci ölkə olub. O, Polşa, Norveç, Belçika, İsveç, İslandiya və Azərbaycan çempionatlarında forma geyinib.
Qeyd edək ki, Stolpa 2009-cu ilin qışından 2010-cu ilin yayına kimi “Qəbələ”nin şərəfini qoruyub.
Qeyd edək ki, Stolpa 2009-cu ilin qışından 2010-cu ilin yayına kimi “Qəbələ”nin şərəfini qoruyub.
- “Fənərbaxça”nın sükanı keçmiş ulduzuna həvalə edildi – RƏSMİ
- Sergen Yalçınla futbolçular arasında problem var? – TFF-dən ikinci açıqlama
- "Fənərbaxça"dan Messiyə fantastik təklif – İllik 50 milyon avro!
- İkardi “İnter”ə qayıtmaq istəyir – “Bu hekayə bitməyib”
- Derbinin cəzaları açıqlandı – “Qalatasaray” və “Fənərbaxça”ya ağır zərbə
0
0