Bundestim itki ilə üzləşdi
01.09.2010 - 11:47
Avro-2012-nin seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Almaniya yığması itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “Bayer”in 26 yaşlı hücumçusu Ştefan Kisslinq Bundestimin hazırlıqlarından kənarda qalıb.
O, sentyabrın 3-də Belçika, 4 gün sonra isə Azərbaycan millisi ilə görüşəcək komandasının Frankfurtdakı toplanışında məşq edə bilmir. Buna Kisslinqin bel ağrıları imkan vermir. Onun yoxluğunda Bundestim 20 futbolçu ilə hazırlıq keçir.
Qeyd edək ki, milli komandada 6 oyun keçirən Ştefan dünya çempionatının bürünc mükafatçısıdır. O, CAR-da təşkil olunan mundialın 2 qarşılaşmasında sonradan meydana çıxaraq, üst-üstə 24 dəqiqə oynayıb.

- “Napoli” Premyer Liqa klublarına "yox" dedi
- Vinisius irqçiliklə mübarizəsindən danışdı - “Qardaşımın bunu yaşamasını istəmirəm”
- Ronaldodan Mbappeyə tərif: "Mənə öz dövrümü xatırladır"
- Moriyasu Braziliyaya meydan oxudu - “Onları keçmək istəyirik”
- Estakio qələbə qolunu vurdu: Matçın ən yaxşısı seçildi
0
0