Cavid Hüseynov “Xəzər Lənkəran”ı tərifləyib, “Bakı”ya “ilişdi” MÜSAHİBƏ
01.09.2010 - 12:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının və “Neftçi” klubunun yarımmüdafiəçisi Cavid Hüseynovun apasport.az saytına müsahibəsi
- Milli komanda sentyabrın 4-də Albaniya ilə qarşılaşacaq. Bu oyunun hazırlığı necə gedir?
- Komanda təlim-məşq toplanışına yığışıb. Artıq bir yoldaşlıq görüşü keçirmişik. “Abşeron”la matçda böyük hesablı qələbə qazandıq. Təbii ki, bu qarşılaşma Albaniya ilə matça hazırlıq xarakteri daşıyırdı. Məşqçilər korpusu heyəti müəyyənləşdirməyə çalışdı. Komanda gec-gec yığışsa da, oyun pis alınmadı.
- Bu dəfə əsas yığmadan kənarda qaldınız. Bu sizdə hansısa psixoloji gərginlik yaratmayıb?
- Qətiyyən. Məşqçilər belə məsləhət görüb. Bu gün U-21-ə kömək etməyim lazımdır. Diqqətimi Albaniya və Belarusla oyunlara yönəltmişəm. Yəni harda çıxış edirəmsə, həmin komandaya faydalı olmalıyam.
- U-21 9 ildir rəsmi oyunlarda qələbə qazana bilmir. Albaniya ilə matçda bu uğursuz seriyaya son qoymaq mümkün olacaqmı?
- Bununla bağlı uşaqlarla söhbət etmişik. İnşallah, sentyabrın 4-də bu uğursuz tilsimi sındıracağıq. Albaniya elə də güclü komanda deyil. Niyə də onları məğlub etməyək? Həm də qazanılacaq qələbə sayəsində turnir cədvəlindəki mövqeyimizi yaxşılaşdıra bilərik. Ən azı sonuncu pillə ilə vidalaşacağıq.
- Klubda işləriniz necə gedir?
- Hər şey qaydasındadır. Sonuncu oyunda “İnter”i məğlub etməyimiz yaxşı oldu.
- Amma baş məşqçi sizə əsas heyətdə daim şans vermir...
- Bu, baş məşqçinin seçimidir. Ancaq onu deyə bilərəm ki, çempionat başlayandan bəri verilən şansları dəyərləndirmişəm.
- “İnter”lə görüşdə komandanız sərgilədiyi oyunla daha çox rəğbət qazandı. Necə fikirləşirsiniz, “Neftçi” keçmiş günlərini geri qaytara bilibmi?
- Komanda bu il istəyinə çatacaq. Yaxşı komandamız var. Məqsədimiz mövsümü ən yüksək pillədə başa vurmaqdır. “Neftçi”yə yaraşan da budur.
- Mükafatlar uğrunda mübarizədə hansı komandaları özünüzə rəqib görürsünüz?
- “İnter” sonuncu ölkə çempionudur. Amma bizimlə oyunda çox zəif təsir bağışladı. Ola bilsin, “Neftçi” gücləndiyindən, rəqib qarşımızda müqavimət göstərə bilmədi. Fikrimcə, “Xəzər Lənkəran”la görüşlər maraqlı keçəcək. Onların oyununu izləmişəm. Güclü rəqibdir. “Bakı”ya gəldikdə, onların ciddi müqavimət göstərəcəyinə inanmıram.

0
0