Fariz Yusifov təcrübəsiz hakimlər arasında
01.09.2010 - 12:35
Fariz Yusifov təcrübəsiz hakimlər arasında
AFFA-nın Hakimlər Komitəsi I divizionun ilk turuna təyinatları açıqlayıb. Apasport.az saytının məlumatına görə, əsasən gənc və təcrübəsiz ədalət təmsilçilərinin fit çaldığı aşağı dəstənin ilk turunda FİFA referisi də iştirak edəcək.

Bu, “Şahdağ” və “Bakılı” arasında Qusarda keçiriləcək görüşə təyinat alan Fariz Yusifovdur. Unibank Premyer Liqasının III turunun müəyyən narazılıqların yaşandığı “Xəzər Lənkəran” - “İnter” görüşünü idarə edən 38 yaşlı hakimin sonrakı tura təyinat almamağı müəyyən ehtimallara əsas vermişdi.

Hakimlər Komitəsi bu dəfə də ədalət təmsilçisinin cəzalandırılıb-cəzalandırılmamağını gizli sirr kimi saxlasa da, indi hər şey üzə çıxıb. Belə ki, ölkənin 3 FİFA referisindən biri olan Yusifovun IV turda “istirahət edib”, I diviziona “ezam olunması” məhz cəza tədbiri funksiyasını daşıyır.
0