Yoahim Löv Bundestimin kapitanının adını açıqladı
01.09.2010 - 14:23
Yoahim Löv Bundestimin kapitanının adını açıqladı
Yoahim Löv Almaniya yığmasında kapitanlıqla bağlı yaranan münaqişəyə son qoyub. Apasport.az saytının məlumatına görə, baş məşqçi Mihael Ballakın kapitan kimi qalacağını bildirib.

Məlum olduğu kimi, zədə üzündən son mundialı buraxan Ballak Avro-2012-nin seçmə mərhələsinin startında Belçika və Azərbaycan yığması ilə rəsmi oyunlardan kənarda qalacaq. Bundestimin digər oyunçusu Filip Lam DÇ-2010-dan sonra kapitanlığı asanlıqla Ballaka qaytarmaq fikrində olmadığını açıqlamışdı. Mihael isə qayıdandan sonra özünün sarğının daşıyacağını bildirmişdi.

Nəhayət, yekun qərara açıqlayan Löv vaxtilə Ballakla münaqişəsi olsa da, qərəzli olmadığını bildirib: “Ballakı zədəsi ilə əlaqədar Belçika və Azərbaycan oyunlara çağırmamışam. Dünya çempionatında sarğını daşıyan Lam ehtiyat kapitan olacaq. İndi orta sahədə Bastiyan Şvaynştayger cə Sami Hedira var. Ancaq Mihael təkrar dönərsə və milli komandada yerini tutarsa, kapitan olacaq”.

Göründüyü kimi, Bundestimi sentyabrın 7-də yığmamızla Köln şəhərindəki oyuna Lam çıxaracaq. Ballakın zədələndikdən sonra forması aşağı olduğundan Lövün bu qərarına təəccüblənənlər olsa da, baş məşqçinin veteran futbolçunu yığmadan birdəfəlik kənarlaşdırmağa çalışması ilə bağlı söhbətlər gəzir.