“Gəncə” “Gent”in sabiq futbolçusunu transfer etdi
01.09.2010 - 14:35
“Gəncə” klubu “transfer pəncərəsi”nin son günündə daha bir legionerin keçidini həll edib. Komandanın baş məşqçi Fuad İsmayılovun apasport.az saytına verdiyi məlumata görə, əyalət təmsilçisi Patrik Noukeu ilə müqavilə imzalayıb.
28 yaşlı kamerunlu dayaq yarımmüdafiəçisini məşq prosesində izləyə bilməyən çalışdırıcı afrikalının oyununun video görüntüləri ilə kifayətlənib: “Transfer pəncərəsi”nin sonuncu günü olduğundan, dayaq yarımmüdafiəçisini məşq prosesində izləməyə vaxtımız olmadı. Futbolçu artıq Gəncədədir. Komanda məşqlərini bərpa etdikdən sonra o da hazırlığa qoşulacaq”.
Qeyd edək ki, 1982-ci ildə Kamerunda anadan olan futbolçunun karyerası Belçika klubları ilə bağlıdır. 187 sm boya malik olan Patrik 2002/04-cü illərdə “Verbroederinq Gel”in formasını geyinib. 65 oyunda meydana çıxan yarımmüdafiəçi 7 qol vurub. Sonrakı 2 ili “Muskron”da keçirən Noukeu 43 oyunda komandasına kömək edib və 3 dəfə fərqlənib.
2006-cı ildə “Gent”ə keçən futbolçu 18 oyunda meydana çıxıb. Sonrakı illərdə afrikalı Yunanıstanın “Ksanti”, Belçikanın “Mexelen” və icarə əsasında “KVSK Yunayted” klublarının şərəfini qoruyub.

0
0