Ağasəlim Mircavadov: “Neftçi” mənim sevimli komandamdır
01.09.2010 - 17:00
“Hələlik çempionatda baxımlı oyun görməmişəm”
“Xəzər Lənkəran” klubunun sabiq baş məşqçisi Ağasəlim Mircavadovun apasport.az saytına müsahibəsi
- “Xəzər Lənkəran”dan ayrılandan sonra 2 aydır işsiz qalmısınız. Bunu məcburi istirahət saymaq olarmı?
- Belə istirahətlər hər məşqçiyə lazımdır. Mən öncə özümdən danışıram: çempionat bitəndən sonra başımız transferlərə qarışır, çalışırıq və istirahətə vaxt qalmır. Amma dincəlməmək düzgün deyil. Çoxlu enerji itiririk deyə bunu bərpa etməliyik. Stresslər çox olur ki, bunu da istirahət etməklə aradan qaldırmalısan. İşi hərtərəfli görmək lazımdır.
- Gəlin razılaşaq ki, istirahət uzun müddətli olanda, insan iş üçün darıxır...
- Bu başqa məsələ. Biri var ki, iş ola-ola istirahət edirsən, sonra işə qayıdırsan. Biri də var ki, işin yoxdur, ancaq dincəlirsən. Mənimki ikincidəndir, hələ iş yoxdur.
- Yəqin ki, yay fasiləsində real təklif gözləmirdiniz. Hər halda, bütün komandaların baş məşqçiləri var...
- Əlbəttə. Elə insanam ki, heç vaxt özümə görə kiminsə işini itirməsinə razı olmaram.
- Azərbaycanın ən titullu məşqçisi nə vaxta kimi işsiz qalacaq?
- (gülür). İşsiz qalmağımı normal qarşılayıram. Görək də, qismət olsa işləyəcəyik.
- Yenə iddialı klublardan dəvət gözləyirsiniz?
- Əlbəttə. Sağlıq olsun, işləyib, daha böyük uğurlar qazanarıq. Allahın köməyi ilə ilk növbədə Avropada nəticə qazanmalıyıq.
- Ölkə xaricində işləməməklə bağlı fikrinizdə qalırsınız?
- Xaricdə işləməyə yaşım, ailə vəziyyətim təsir göstərir. Bir il öncə belə fikrim var idi. Rusiya klubu ilə danışmışdım. Ancaq həmin vaxt “Xəzər Lənkəran” variantı çıxdığı üçün qaldım. Bilirsiniz, yaşa dolduqca vətəndə işləmək yaxşıdır. Cavan məşqçilərimizə tövsiyə edərdim ki, imkan daxilində xaricdə çalışsınlar. Çünki bu zaman həm bilik, futbola baxış və dünyagörüşlərini artıracaqlar. Bu, həm özləri, həm də futbolumuzun inkişafı üçün vacibdir.
- Siz cavan olanda, SSRİ vaxtında Vətəndən kənarda işləmək daha asan idi. Yaxşı da əlaqələriniz olub. Bundan istifadə etmədiyinizə görə peşmansınız?
- Səmimi deyirəm ki, yox. Əlaqələrlə bağlı dediklərinizlə razıyam. SSRİ vaxtında öz sevimli komandamızda, “Neftçi”də, doğma torpağımızda çalışmağı üstün tutdum. Özüm “Neftçi”liyəm, bu komandada böyüyüb, oynamışam. İnanın ki, dəvətlər çox olurdu. Ancaq indi futbolumuza, məşqçilərimizə, oyunçularımıza birtəhər baxırlar.
- Qışda Vaqif Cavadov Hollandiyanın “Tvente”, Mahir Şükürov isə ondan səviyyəcə aşağı olan Rusiyanın “Anji” klubuna keçdi. Ancaq zaman göstərdi ki, Mahir düzgün seçim edib...
- Deməzdim ki, Vaqif səhv addım atdı. Onu həmin vaxt “Tvente”nin baş məşqçisi istəmişdi. Bir şey məəttələm ki, Stiv Maklaren niyə Vaqifi bircə dəfə də rəsmi matçda oynatmadı? Onda Vaqif çox yaxşı formada idi. Hər halda, Cavadova inanıram və o, yenə yaxşı oynayacaq. Sadəcə, vaxt, işləmək lazımdır. Maklarenin gedişindən sonra onun əvəzləyən Mişel Pryudomun vaxtında Cavadovun oynamaq şansı daha da azaldı... Məşqçilər arasında belə bir prinsip var: yeni gələn mütəxəssis əvvəlki məşqçinin gətirdiyi futbolçuları çıxarır və öz oyunçularını gətirir. Bu, yazılmamış qaydadır. Mən Vaqifə həmişə inanmışam. Bildiyimə görə, “Bakı”ya bir illiyə icarəyə verilib. Lap yaxşı, indi ona mütləq oynamaq lazımdır.
- Milli komandamızın baş məşqçisi Berti Foqts da Küveytlə Bakıda yoldaşlıq görüşündə Cavadovdan çox narazı qalıb...
- Çünki Vaqifin oyun praktikası yoxdur. Mahirə gəlincə, onu Rusiyada başqa klublar da istəyirdi. “Krılya Sovetov” variantından xəbərim var idi. “Anji”nin baş məşqçisi Hacı Hacıyev çox ağıllı mütəxəssisdir. 1973-cü ildə Mahaçqala “Dinamo”sunda baş məşqçi olduğu zaman 3-4 ay Hacıyevin yanında işləmişəm. Sonra elə oldu ki, Hacıyev 1985-ci ildə “Neftçi”yə gəldi və yenə birgə çalışdıq. Şükürov ora getməklə itirmədi, əskinə qazandı.
- “Neftçi”də rəhbərliyiniz altında oynayan Rəşad Sadıqov yenidən Türkiyə Superliqasında forma geyinəcək, Branimir Subaşiç isə Azərbaycana qayıtdı...
- Rəşad çoxdan getməli idi. Onunla yaxşı münasibətimiz var. Həmişə demişəm ki, futbolçunun vaxtı çatanda, xaricə getməlidir. Çünki bizim çempionat kifayət etmir. Rəşada daha yüksək səviyyəli çempionat, komanda, gərgin məşqlər çox lazımdır. O, ötən yay “Qarabağ”ı seçdi, Avroliqada komandaya kömək etməsi başadüşüləndir. Bu addımını alqışlayıram. Ancaq getməyin vaxtı var və Rəşad düz elədi. O, əvvəlki, 3-4 il öncəki oyununu qaytarmalıdır. “Əskişəhərspor”da uğurlu çıxış etsə, Türkiyədəkilər futbolçularımıza daha çox maraq göstərəcək.
- Sizcə, “Əskişəhərspor” optimal variantdır, yoxsa Rəşad daha güclü klubda oynaya bilər?
- Ola bilər ki, iki ay əvvəl onu daha yaxşı komanda istəyirdi. Ancaq Avroliqada oyunları başa çatana kimi “Qarabağ”da qalmağı üstünlük verdi. “Əskişəhərspor”un baş məşqçisi Rza Çalımbayı tanıyıram. Ötən yay “Xəzər Lənkəran”la Türkiyədə hazırlıq keçdiyimiz zaman bu komanda ilə eyni oteldə qalırdıq. Çalımbay ağıllı məşqçidir. Komandası da Superliqada oynayır, Əskişəhər Ankaranın yaxınlığında böyük şəhərdir. Rəşadı Türkiyədə tanıyacaqlar, orada daha da artacaq.
Subaşiçi Azərbaycanı mən gətirmişəm. 2005-ci ilin yayında transfer etdiyimiz Branimir yaxşı, ağıllı futbolçudur. Bir hücumçu kimi qol vurandır. Onun 2008-ci ilin keçdiyi “Srvena Zvezda” nəinki Serbiyada, keçmiş Yuqoslaviyada 1 nömrəli klub olub. Branimir də belə güclü komandada oynamaq istədi, ancaq alınmadı, geri qayıtdı. Bu o deməkdir ki, Subaşiç buranın futbolunu bilir və daha yaxşı oynayacağına inanır. Ona bu inamı vermək lazımdır.
- Subaşiç milliləşən legioner olduğu üçün “Qəbələ”yə bu variant sərfəlidir. Hər halda, Branimir bu addımı atmaqla, Foqtsun gözünün qabağında olmaq, yığmaya qayıtmaq istəyər...
- Onun özündən və Toni Adamsdan çox şey asılıdır.
- Artıq 4 turu arxada qalan yeni çempionatımızın oyunlarını izləmisiniz?
- Vaxtla əlaqədar çox az oyuna baxmışam.
- Hər halda, təəssüratlarınızı bilmək maraqlıdır. Dəyişiklik varmı?
- Yoxdur. Hələlik çempionatda baxımlı oyun görməmişəm. Son çempion “İnter”dən çox şey gözləyirəm. Çünki oturulmuş heyəti var. “Bakı”dan çox şey gözləyirdim. İlk turda AZAL-la ev oyunlarını izlədim. Sizə deyim ki, AZAL-ın oyunu çox xoşuma gəldi. Çox ağıllı futbol oynadı və uddu. “Neftçi”nin oyunu izləyə bilməmişəm. Ancaq eşitdiyimə görə, yaxşı transferlər ediblər. Bu, sevindirici haldır.
- Keçmiş komandanıza niyə toxunmadınız?
- Vallah, “Xəzər Lənkəran”ın oyununu görməmişəm. Həmişə demişəm ki, o bölgə yaxşı futbolsuz qala bilməz. Lənkəranlı azarkeşlər komandalarını ürəkdən dəstəkləyirlər. Gözəl ünsiyyətimiz var, saytınız vasitəsilə onlara minnətdarlıq edirəm. Belə komanda həmişə öndə olmalıdır.
- “Xəzər Lənkəran”dan istefa verdikdən sonra bir müddət mətbuatdan niyə kənarda qalmağı üstün tutdunuz?
- Açıq deyirəm ki, həmin vaxt səhhətim yaxşı deyildi. Nə danışasan? Mən hələ mövsümdən sonra getmək istəyirdim, istefa ərizəmi yazdım. Çünki həlledici anda həm çempionluq, həm də kubok əldən getdi. Həmişə demişəm ki, əlində bir şeyi saxlaya bilmirsənsə, getməlisən. Çox xahiş etdim, buraxmadılar. Sağ olsunlar, yenə inandılar. Klub rəhbərliyi ilə indi də ünsiyyətimiz, mehribançılığımız var və yenə uğurlar arzulayıram.
- Sizi əvəzləyən rumıniyalı Mirça Rednikin təyinatını necə qarşıladınız?
- Adını eşitmişdim. Bilirdim ki, keçən il qısa müddətdə “Alaniya”nı çalışdırıb. Həmin vaxt Rusiya variantı olduğumdan Rednikin orada çalışdığını eşitmişdim. Hər halda, adlı-sanlı məşqçidir. Bir də ki, rumıniyalı məşqçilər yaxşı olurlar.
- Məsələn, necə?
- İşgüzardırlar, futbolu bilirlər. Mənim ölkəmizə gələn əcnəbi məşqçilərə bir iradım var: özləri ilə birgə 3-4 köməkçi gətirməsinlər. Komandada yerli məşqçi varsa, onu 4-5-ci plana salırlar. Ancaq belə olmamalıdır. Ola bilər ki, fiziki hazırlıq üzrə məşqçi gətirsinlər. Çünki Azərbaycanda belə çalışdırıcı yoxdur. Ancaq qalan köməkçilərin yerli olmalıdır ki, gedəndən sonra işini, yolunu davam etdirsinlər.
- Sizdən sonra “Xəzər Lənkəran”da transferlər çox oldu...
- Mənim vaxtımda transferlər heç olmadı. Bunun səbəbini deyə bilmərəm. Olmadı, olmadı da, buna görə narazılıq etmirəm. İndi ediblər, lap yaxşı.
- Latviyalı qapıçı Denis Romanovun sizin vaxtınızda keçidi gündəmdə idi...
- Rumıniyalı müdafiəçi Adrian Yordaşe də Almaniyaya təlim-məşq toplanışımıza gəlmişdi, 3 gün bizimlə qaldı, məşq etdi. Neyləyək, qismətdir. “Xəzər Lənkəran”dan çox razıyam.
- Rednik sizin vaxtınızda oynayan, sonradan çıxarılan bir sıra futbolçuları geri qaytardı, Zaur Ramazanov isə qısa müddətdən sonra yenidən “Xəzər Lənkəran”dan uzaqlaşdırıldı.
- Bayaq dediyim ki, hər gələn məşqçi yenilik, heyətdə dəyişiklik etmək istəyir. Ancaq eləsi də var, heyəti dağıtmır, daha da düzəldir. Əsas nəticədir.
- İndi belə fikirlər səslənir ki, “Xəzər Lənkəran” sizin dövrünüzdə baxımlı, Rednik gələndən sonra isə nəticəyə oynayır...
- Sabiq komandamın oyununu görmədiyim üçün qiymət verə bilmərəm. Əlbəttə, məşqçinin nəticə verməsi önəmlidir. Amma mənim prinsiplərim başqadır. Nəticə oyunla olmalıdır. Oyun varsa, nəticə həmişə olacaq. Oyun olmadısa, nəticə təsadüfi ola bilər.
- Elə isə oyunu olmayan, ancaq nəticə verən baş məşqçini mühakimə etmək olarmı?
- Oyun olmadısa, uzağa gedə bilməz. Ancaq sonda nəticəsi varsa, bunu haqlı olaraq qabarda bilər. Deyə bilər ki, nəticə vermişəm. “Xəzər Lənkəran”da ilk növbədə nəticəni istəyirlər. Ancaq mən çalışmışam ki, öncə oyun, sonra nəticə olsun. Öz prinsiplərimdən dönməmişəm. Əcnəbi məşqçilər isə əvvəl nəticə vermək, sonra oyunu düzəltmək istəyirlər. İstənilən halda, yeni gələni mühakimə etmək yox, şans vermək lazımdır. Heç kimin işinə qarışmağa ixtiyarım yoxdur. Hər klubun öz strategiyası, hər məşqçinin öz fikri var.
- Sizin vaxtınızda olan “altılıq”dakı dəyişiklərə, yəni xalların sona kimi saxlanmasına münasibətiniz necədir?
- AFFA, PFL rəhbərliyi düzgün addım atmağa, futbolumuzda ajiotaj yaratmağa çalışırlar. “Altılıq” əvvəllər də olmuşdu, buna qayıtdılar. İndiki sistem, xalların saxlanılması da ağlabatandır. Ola bilsin ki, bu, yaxşı oldu. Bilirsiniz, biz indi axtarışdayıq. Mən futbolumuzun rəhbərlərini başa düşürəm. Onlar düz fikirdədirlər. Çempionatın səviyyəsi, oyunlarını gərginliyini artırmağa çalışmalıyıq. Xaricdə belə şey yoxdur ki, yığma 7-10 günlük təlim-məşq toplanışına yığışsın. Ancaq Foqts belə toplanış keçirməklə, futbolçuların fiziki hazırlığını artırmağa çalışır. Bu, bizə lazımdır.
- Çempionluq uğrunda mübarizədə favoritləriniz hansıdır?
- Mən proqnoz vermirəm. Sadəcə, turnir cədvəlinə, təqvimə baxıb deyə bilərəm ki, 7-8 komanda “altılıq”, 5-i çempionluq uğrunda mübarizə aparacaq. “Qəbələ” 4 oyundan sonra 1 xalla sonuncu yerdədir. Hərçənd, bizim vaxtda çox güclü oynayırdı. Çoxları deyir ki, “Qəbələ” döyüşkən komandadır. Mən isə deyərdim ki, futbol oynaya bilən. Müharibə deyil ki, döyüşək? “Qəbələ”dən çox şey gözləyirdim.
- Toni Adamsın gəlişindən sonra?
- Bəli.
- Xələflərinizə daha yaxşı şərait yaradıldığını görmüsünüz?
- Əlbəttə görmüşəm.
- Bəlkə siz çox şey tələb etməmisiniz?
- Hər şeyi həm şifahi, həm də yazılı şəkildə tələb etmişəm.
- Yerinə yetiriblər?
- Sağ olsunlar. “Xəzər Lənkəran” rəhbərliyi çalışırdı. Əsasən ilk dəfə işlədiyim vaxtda. Adamın üstündə Allah var. Sonrakı vaxtımda da yaxşı komanda istəyirdilər.
- Bəlkə maddi problem yaranıb?
- Maraqlanmamışam.
- Ola bilərmi ki, 2004-cü ildə futbolumuza böyük axınla gələn pul tükənməkdədir?
- İnanın ki, işin işində olmadığım üçün dəqiq bilmirəm. Hər halda, “Bakı” bahalı legionerlər alıb. Elə gətirdiyi baş məşqçi də yüksək ödənişlidir. “Neftçi” də yaxşı transferlər edib.
- Artıq tanınmış legionerlər ölkəmizdə oynamağa razılıq verir. Sizcə, bu nəyin göstəricisidir?
- Bu yaxşı cəhətdir. 1992-ci ildə legionerlər Rusiyaya 300-400 min dollara, indi isə milyonlara gəlirlər. Məlum şeydir ki, tanınmış italyan mütəxəssis Luçano Spaletti “Zenit”ə 200 minə gəlməyib. Futbolçunun qiymətinin artması yaxşı olsa da, klub özü də gərək qazansın. Mənim üçün əsas budur.
- Amma bizim klublar hələ ki xərcləyir...
- Qazanmaq üçün gərək infrastruktur, marketinq düzgün qurulsun ki, heç olmasa büdcənin 5-10 faizini doldurasan.
- Yəqin ki, vaxtilə çalışdırdığınız, “qızıl dubl” etdiyiniz “Qarabağ”ın Avroliqada uğurlu çıxışı sizi daha çox sevindirməlidir...
- Həqiqətən belədir. Bunda baş məşqçi Qurban Qurbanov, futbolçuların böyük əməyi var. Ancaq qrupa düşməyə gücləri çatmadı. Çünki futbolçuların sayı azdır, 1-2 futbolçu çatmadı. 1-2 transfer də etsəydilər, deyərdim ki, “Borsussiya”nı da keçərdilər. Bilirsiniz, avrokuboklarda oynayan klublarımızın heç olmasa 25 futbolçusu olmalıdır. Çünki qrafik gərgindir, Avropada yay isti, bizdə isə lap dəhşətli keçdi. Sıx təqvim, uçuşlar, yol yorğunluğu futbolçulara təsir edir. Hələ sağ olsunlar ki, “Qarabağ”ın oyunlarını təxirə saldılar. Ancaq Avropada belə şey yoxdur. Biz ona görə çatdırmırıq ki, Avropada mübarizəyə 15-18 futbolçu ilə başlayırıq. Amma belə olmamalıdır. Futbolçu elə məşq etməlidir ki, bundan həzz alsın, yorğunluğunu çıxartsın. Bizdə “İnter” və “Bakı”da ehtiyat oyunçular skamyası uzundur ki, bu da yaxşı haldır.
- Ancaq digər tərəfdən, futbolçu çox olanda baş məşqçi heyətdə kimi oynamaqda çətinlik çəkir, necə deyərlər, başını itirir...
- İtirməsin də. Bu, özündən asılıdır. Sənə lazım olmayan futbolçunu dəvət etmisənsə, əlbəttə, başını itirəcəksən. Heyətdə futbolçunun çoxluğu rəqabəti artıracaq ki, bu da komandanın inkişafına səbəb olan amildir. Transferləri mövqelərə uyğun etmək lazımdır.
- “Qarabağ”a hansı mövqeyə futbolçular lazımdır?
- Bütün mövqelərə. Bu, komandaya kömək etmək üçün lazımdır. Onda gərginlik olmaz, rahatlıq yaranar. Hələ sağ olsun Rəşad Sadıqov komandanı yarı yolda qoymadı. Baş məşqçinin gənc futbolçuya inanıb, şans verməsi yaxşıdır. Əfran İsmayılovda bu, gözəl alındı, futbolçu kimi potensialı açıldı. Ancaq əfsuslar olsun ki, zədələndi və “Borussiya”ya qarşı oynaya bilmədi. Onun yerinə isə futbolçu tapılmadı. Bu mənada heyətində bir-birinə əvəz edə futbolçuların olması lazımdır.
Mehman SÜLEYMANOV

0
0