Azərbaycan yığması üçün düşərli gün
03.09.2010 - 23:04
4 sentyabr Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandası (U-21) üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, bu gün Avropa çempionatının seçmə mərhələsi çərçivəsində albaniyalı həmyaşıdları ilə görüşəcək yığmamız sonuncu rəsmi qələbəsini həmin tarixdə qazanıb.
Bu, 2001-ci il sentyabrın 4-də İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda Ramal Hüseynovun qolu ilə Makedoniya yığmasını 1:0 hesabı ilə məğlub etdiyimiz oyundur. Göründüyü kimi, 21 yaşlılarımız artıq 9 ildir rəsmi oyunda qələbə üzünə həsrət qalıb. Bu müddətdə 37 görüşə çıxan gənc futbolçularımız ən yaxşı halda heç-heçə ediblər.
İş elə gətirdi ki, U-21-miz uzun illərdir davam edən tilsimi bizim üçün düşərli tarixdə qırmaq imkanı əldə edib. Bu reallaşarsa, yığmamız 3287 günlük qələbə həsrətini bitirəcək. Onu yerinə yetirmək vəzifəsi isə Makedoniya üzərində tarixi qələbə zamanı 11-12 yaşları olan futbolçularımızın üzərinə düşür.
Avropa çempionatı – 2002
(Makedoniya üzərində qələbədən sonraya təsadüf edən sonuncu oyun)
İsveç (0:0)
Avropa çempionatı – 2004
İtaliya (0:3, 0:6), Finlandiya (0:3, 0:1), Uels (0:1, -:+), Serbiya və Çernoqoriya (0:3, 0:2).
Avropa çempionatı – 2006
Polşa (0:3, 1:1), İngiltərə (0:0, 0:2), Almaniya (0:2, 0:2), Avstriya (0:3, 0:0), Uels (0:1, 0:3).
Avropa çempionatı – 2007
İrlandiya (-:+, 0:3)
Avropa çempionatı – 2009
Yunanıstan (1:4, 0:2), Xorvatiya (2:3, 0:1), İtaliya (0:5, 0:2), Albaniya (1:1, 0:0), Farer adaları (0:1, 2:2).
Avropa çempionatı – 2011
Albaniya (0:1), Belarus (2:3), Avstriya (1:2, 0:4), Şotlandiya (0:4, 2:2).
Mehman SÜLEYMANOV

0
0