Arif Əsədov: Yəqin ki, türklər bizi yox, “İnter”i nəzərdə tutub
04.09.2010 - 12:10
Türkiyənin “Karabükspor” klubu Bakının “Neftçi” komandası ilə yoxlama oyunu keçirməyi planlaşdırıb. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Bank Asiya I liqasında çıxış edən komanda fasilə müddətində Azərbaycan komandası ilə yoxlama oyunu keçirmək fikrindədir. “Neftçi” ilə sabahkı görüşün yerli vaxtla saat 16:00-da “Necmettin Şeyhoğlu” stadionunda keçiriləcəyi açıqlanıb. Burda əsas maraqlı məqam ondadır ki, “Neftçi” fasilə müddətində Türkiyəyə getməyərək, paytaxtımızda qalmağı üstün tutub. Hazırda qardaş ölkədə hazırlıq keçən isə Bakının digər təmsilçisi “İnter”dir. Əslində “bankirlər”in planlaşdırdıqları iki yoxlama oyununda da “Karabükspor” adlı rəqib yoxdur. Belə ki, son çempionumuz bu gün I divizion təmsilçisi “Bucaspor”, iki gün sonra Superliqa klubu “Gənclərbirliyi” ilə görüşməyi nəzərdə tutub.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov da apasport.az-a açıqlamasında “Karabükspor”la yoxlama oyunu keçirmək fikrində olmadıqlarını təsdiqləyib: “Biz fasilə müddətində nəinki Türkiyəyə, ümumiyyətlə, xaricə getməyi məqsədəuyğun saymadıq. Çünki yığmalara gedən futbolçularımızla əlaqədar tam heyətimiz yoxdur. Yəqin ki, türklər bizi yox, “İnter”i nəzərə tuturmuş. Hər halda, bu komanda hazırda Türkiyədə hazırlıq keçir. Biz də sabaha yoxlama oyunu planlaşdırmışıq - bu, Zaqatalanın “Simurq” klubu ilə olacaq. Həmin oyun Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçiriləcək”.
Gənc çalışdırıcı boşluq yaranmaması üçün əvəzedici komandasına üz tutub: “İndi qapıçıları da nəzərə alsaq, 11 futbolçumuz var. Bu məqsədlə əvəzedici komandadan 7 futbolçu cəlb etmişik və 18 nəfərlə hazırlıq keçirik. Əvəzedicilərdən gələn gənclər üçün böyüklərlə birgə məşq etmək böyük həvəs, stimul olacaq”.
Mehman SÜLEYMANOV

0
0