“Reyncers” klubunun azarkeşləri həbsxanaya salınacaq
04.09.2010 - 12:29
“Reyncers” klubunun azarkeşləri həbsxanaya salınacaq
Şotlandiyanın “Reyncers” klubunun azarkeşləri həbsxanaya salınacaq. Apasport.az saytının məlumatına görə, bu, Qlazqo təmsilçisinin tutulan 12 xuliqan azarkeşindən 11-ə aiddir.

Onlar iki il öncə UEFA kubokunun finalında Rusiyanın “Zenit” klubuna Mançester şəhərində 0:2 hesabı ilə uduzduqları oyunda qarışıqlıq yaratmaqda təqsirləndirilir. Həmin vaxt şəhərdəki qarışıqlıqda “Reyncers”in yüzlərlə tərəfdarı iştirak edib. Dağıdılan vitrinlər və xarab olan avtomobillərlə yanaşı, polis də xəsarət alıb. Xüsusilə zabitlər Mika Reqanla Con Qudvin daha çox zərər çəkib. Xuliqan qrupu onları əhatəyə alaraq, üzərlərinə hücum edib.