Bernd Ştanqe Fransa üzərində qələbənin sirrini açıqladı
04.09.2010 - 12:42
Belarus yığmasının baş məşqçisi Bernd Ştanqe Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Fransa yığması üzərində sensasiyalı qələbənin (1:0) sirrini açıqlayıb.
Apasport.az saytının məlumatına görə, təcrübəli alman mütəxəssis gənc fransalı həmkarı Loran Blandan fərqli olaraq, yığmada daha çox işləməsinin nəticəyə böyük təsir etdiyini düşünür. Ştanqenin sözlərinə görə, Parisdə təsadüfi qələbə qazanmayıblar: “Biz sensasiyalı nəticə əldə etdik. Əvvəlcə əsəbilik hiss olunurdu, səhv edirdik. Ancaq sonra qazandığımız qələbə bəxtimizin gətirməməsi ilə bağlı deyil. Biz ona layiq idik. Fransızların məğlubiyyətini izah etmək olar. Blan komandaya cəmi üç həftədir rəhbərlik edir, mən isə Belarus yığması ilə artıq üç ildir işləyirəm”.

0
0