Bahodir Nasimov “Neftçi”nin hazırlığından kənarda qalıb
04.09.2010 - 13:00
Unibank Premyer Liqasında cari mövsümün bombardiri olan özbəkistanlı futbolçu Bahodir Nasimov Bakının “Neftçi” klubunun hazırlığında iştirak etmir.
“Neftçi”nin baş məşqçisi Arif Əsədov apasport.az saytına açıqlamasında 4 tura 6 qol vuran gənc hücumçunun məşqlərdən kənarda qalmasının səbəbini açıqlayıb. Məlum olub ki, üzrlü səbəbdən komandada olmayan Nasimovun ailəsində problem yaranıb: “İstirahəti başa vurduqdan sonra yığma futbolçuları istisna olmaqla hazırlığımıza qatılmayan yalnız Bahodir Nasimovdur. Bu da özbək hücumçunun vətənində olması ilə bağlıdır. Nasimovun atasının səhhətində problem yarandığı üçün oradadır. Ancaq Bahodir bu gecə qayıdır və sabahdan məşqlərimizə qatılacaq”.
Qeyd edək ki, bu yay Rusiyanın “Rubin” klubundan alınan Nasimov cari çempionatımızda ilk və hələ ki yeganə het-trikin müəllifidir. O, “Simurq”la ev oyununda (4:0) rəqib qapısına üç dəfə yol tapıb. Bahodir eyni zamanda bütün oyunlarda meydanı qolsuz tərk etməyən yeganə futbolçudur.

0
0