Qok Həbib: Məni Azərbaycana baxışa getməyə dilə tutdular
04.09.2010 - 13:38
“Əslində məni Moldovaya yox, Donetskin “Metallurq” klubuna dəvət edirdilər. Ancaq məni Azərbaycanın “Olimpik” (Bakı) klubuna baxışa yollanmağı dilə tutan agentimə “yox” deyə bilmədim. Heç özüm də bilmirəm ki, bütün bunlar necə alındı...” Apasport.az saytının məlumatına görə, bu fikirləri Qazaxıstanın “Akjayık” klubunun kamerunlu futbolçusu Qok Həbib deyib.
Moldovada “Nistru”, “Daçiya” klublarında oynamış müdafiəçinin karyerasını ölkəmizdə davam etdirmək imkanı olub. Ancaq Həbibin sözlərinə görə, Azərbaycanda oynamaq planı baş tutmasa da, səfəri uğursuz alınmayıb: “Mən Azərbaycana gələndə “transfer pəncərəsi” bağlanmışdı. Mən klubda məşq edib gözləyirdim. Yoldaşlıq görüşlərinin birində məni Rusiyadan agentlər gördülər. Onlar mənə bu ölkənin çempionatında oynamaq variantını axtarmağı təklif etdilər. Ancaq adaptasiya üçün məni Moldovada oynamağa göndərdilər. Beləliklə, Moldovada 4 il qaldım”.

0
0