Stüart Bakster Azərbaycanda oynamış futbolçunu fərqləndirdi
04.09.2010 - 14:14
Finlandiya yığmasının baş məşqçisi Stüart Bakster Azərbaycanda milli çempionatında oynamış moldovalı futbolçu Anatoli Doroşu fərqləndirib.
Apasport.az saytının məlumatına görə, britaniyalı mütəxəssis Avro-2012-nin seçmə mərhələsi çərçivəsində səfərdə Moldova yığmasına uduzduqları (0:2) oyunda qapılarına ikinci qolu vuran rəqib hücumçunun oyununu qeyd edib. Baksterin sözlərinə görə, Doroşun qolundan sonra məğlubiyyətdən qaçmağa ümidləri qalmayıb: “Biz hesabda 0:1 geri düşəndən sonra oyunu dəyişməyə çalışdıq. Ancaq buraxdığımız ikinci qol oyunumuzu tamamilə öldürdü. Fikirləşmirəm ki, Finlandiyada kimsə belə nəticə gözləyirdi. Moldova yığması uzun ötürmələrdə oynayır, topları təhlükələr zonalara göndərirdi. Belə vəziyyətdən sonra müdafiəçimiz Sami Hyuyupya meydandan qovuldu. O, məhz uzun ötürmədən sonra hücuma mane olmağa çalışdı. Məhz bu “uzun” futbol bizə az problem yaratmadı”.
Qeyd edək ki, vaxtilə “MKT-Araz”, “Standard”, “Karvan”da oynayan Doroş ötən mövsüm “Olimpik-Şüvəlan”ın heyətində çempionatımızın bombardirlərindən biri oldu. O, cari mövsümdən Ukraynanın I divizionunda çıxış edən Odessanın “Çernomorets” klubunun şərəfini qoruyur. Yığmamıza ötən seçmə mərhələdə hər iki oyunda qalib gələn Baksterin komandasını yendikləri görüşdə “Bakı”nın müdafiəçiləri Aleksey Savinovla Vadim Borets də iştirak edib.

0
0