Vinfred Şafer: Futbolçunun belə etməsi ağılsızlıqdır
12.09.2010 - 23:03
"Oyundan qabaq da bilirdik ki, çox gərgin bir oyun olacaq. Qol vurandan sonra oyunda nəzarəti ələ alacağımıza ümid edirdim”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Bakı" klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Almaniyalı mütəxəssis Unibank Premyer Liqasının V turunun “Gəncə” ilə oyunundan sonra keçirilən mətbuat konfransında nəticədən narazılığını gizlətməyib. Bəxtdən və futbolçularının intizamsızlığından gileylənən Şafer qırmızı vərəqələrə görə yetirmələrini qınayıb: “Bir sıra futbolçularımız sarı vərəqə aldılar. Cəzalı olan futbolçunun əllə topa toxunması isə ağılsızlıqdır. Etiraf edim ki, oyunun sonunda bəxtimiz gətirdi. Bütün komandalar bizə qarşı daha güclü oynayır. Marko Şarliyanı gözəl oyuna görə təbrik edirəm. Artıq bu oyunu unudub qarşıdakı matçlara hazırlaşacağıq".
Qeyd edək ki, 1:1 hesabı ilə başa çatan görüşdə “bakı”nın iki futbolçusu qırmızı vərəqə alıb.
Mənbə: pfl.az

0
0