“Fiziki cəhətdən hazır deyildim”
12.09.2010 - 23:09
“Oynamamağım hazırlığımla bağlıdır. “Qarabağ”a gələnə qədər 10-15 gün məşq etməmişdim. Fiziki cəhətdən hazır olmadığıma görə, “İnter”lə matçı tribunadan izlədim”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Devran Ayhan deyib.
“Transfer pəncərəsi”nin bağlanmasına bir neçə gün qalmış Ağdam təmsilçisi ilə anlaşan türkiyəli legioner yeni komandasında hələ debüt edə bilməyib. Unibank Premyer Liqasının V turunun “İnter”lə qarşılaşmasını tribunadan izləyən Ayhan qarşıdakı görüşlərdə komandasına kömək edəcəyinə inanır: “Oyuna biz fəal başladıq. İlk 10 dəqiqədə 2 real qol epizodu yaratsaq da, istifadə edə bilmədik. Rəqib isə səhvimizdən yararlanıb, hesabı açdı. İkinci hissədə də qol epizodumuz oldu. Hətta Vüqarın vurduğu top dirəyə dəyib geri qayıtdı. Bu, futboldur, alınmayanda alınmır”.
Qeyd edək ki, Ayhan “Qarabağ”a qədər ölkəmizdə “Xəzər Lənkəran”ın şərəfini qoruyub.

0
0