Girts Karlson: Daha yaxşı oynamağa can atmalıyıq
13.09.2010 - 09:29
Girts Karlson: Daha yaxşı oynamağa can atmalıyıq
Bakının “İnter” komandasının futbolçusu Girts Karlson klubun rəsmi internet saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, 29 yaşlı hücumçu Unibank Premyer Liqasının V turunun “Qarabağ”la oyunu haqda fikirlərini açıqlayıb.

- Öncə qələbə münasibətilə təbrik edirik. Matç haqqında təəssüratlarınız necədir?
- Təşəkkür edirəm. Oyundan razı qaldım. Düşünürəm ki, pis futbol göstərmədik və haqlı olaraq qələbə qazandıq.

- Yayda “Qarabağ” Avroliqada 3 mərhələ keçdi-bu faktor sizə oyunda xüsusi motiv verdi?
- Əlbəttə. Amma biz rəqibdən asılı olmayaraq həmişə qələbəyə oynayırıq və müsbət nəticəyə köklənirik. “Qarabağ”la oyun öncəsi köklənmə ən ciddi hal almışdı.

- İki matç keçirmiş milli komandanın düşərgəsindən qayıtmısan. Fiziki vəziyyətin necə idi? Hər hansı yorğunluğun vardımı?
- Deyim ki, o qədər çətin olmadı. Ona görə ki, ikinci qarşılaşmada az oynadım. Daimi uçuşlar bir qədər yordu, ancaq belə də hər şey qaydasındadır. Bundan başqa, dincəlməyə və “Qarabağ”la oyuna hazırlaşmağa vaxt vardı.

- Çempionat sürət götürür. Növbəti matçlarla bağlı hansı planlar var?
- Artırmaq lazımdır. Daha yaxşı oynamağa can atmaq lazımdır.

- Bu il çempionluq uğrunda maraqlı mübarizə gözlənilir. “İnter”in rəqiblərindən hansı komandanı qeyd edərdin?
- Hər hansı konkret komandaya üstünlük vermirəm. “Altılıq”da olan bir çox yaxşı komanda var. Bununla yanaşı, həmişə sürpriz etməyə hazır olan komandalar da mövcuddur. Maraqlı mübarizə olacaq.