Azarkeşlər Mahir Şükürovu fitə basmaq istədi
13.09.2010 - 10:12
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun “Anji”nin heyətində Rusiya Premyer Liqasının son turunda “Rostov” klubu ilə səfər oyununda (0:1) iştirak etməməsi rus həmkarlarımızın diqqətindən yayınmayıb.
Apasport.az saytının məlumatına görə, nüfuzlu “Sport Ekspress” qəzetində Mahaçqala təmsilçisində yarımmüdafiənin sağ cinahında oynayan həmyerlimizin, ümumiyyətlə, Rostova gəlmədiyi qeyd olunub. Rus jurnalist Mahirin kənarda qalmasının səbəbini belə izah edib: “Görünür, onun yoxluğu futboldan kənar amillərlə bağlı idi. Azərbaycanlı “Anji”nin ötən turunda himn çalınan zamanı Rusiya bayrağına tərəf üz çevirməməsi ilə elə də böyük olmayan qalmaqalın mərkəzində oldu. Bundan sonra belə məlumat yayıldı ki, Şükürov Rostovda oynamağa psixoloji cəhətdən hazır olmadığını bildirib. Orada yerli azarkeşlər onu fitə basmaq niyyətində idi”.
“Anji”nin məşqçisi Arsen Akayev onundan öncə keçirdiyi mətbuat konfransında yığma futbolçuları, o cümlədən Mahirlə bağlı bunları deyib: “Rostov”la oyuna adi qaydada, yalnız yığmaların heyətində oynayan futbolçularımızın yoxluğunda hazırlaşırıq. Nikolay Josan, Nukri Revişvili, Oskars Klyava və Mahir Şükürov artıq sabah “Anji”nin sərəncamına gələcək. Mən Almaniya yığmasının Azərbaycan milli komandası ilə oyununa baxmışam. Şükürov 90 dəqiqə oynayıb”.
Qeyd edək ki, “Sibir”i 1:0 hesabı ilə yendikləri ev oyununda himn qalmaqalına iştirakçısı olan Mahir elə saytımıza açıqlamasında məsələyə aydınlıq gətirərək, bunu bilərəkdən etmədiyini demişdi. Bundan sonra Avro-2012-nin seçmə mərhələsində Almaniya yığması ilə səfərdə 1:6 hesabı ilə uduzduqları oyunda ağır zərbə alan Şükürovun istirahətə ehtiyacı vardı.

0
0