“Azərbaycan Premyer Liqasını Şotlandiya çempionatı ilə müqayisə edə bilərəm”
13.09.2010 - 10:25
“Qəbələ” klubunun baş məşqçisi Toni Adamsın apasport.az saytına müsahibəsi
- Komandanız 4 oyundan sonra ilk qələbəsini qazandı. Belə başlanğıc gözləyirdinizmi?
- İlk mövsümün çox çətin olacağını bilirdim. Komandada köklü dəyişikliklər olub. Oyunçular onlardan nə istədiyimizi hələ bilmirlər. İlk il bizim üçün adaptasiya dövrüdür. Açığı, çempionatın belə çətin olacağını gözləyirdim.
- Ölkəmizə gəlməzdən əvvəl Premyer Liqa haqda elə də geniş məlumatınız yox idi. Artıq 5 tur arxada qalıb. Çempionat haqda fikirlərinizi bilmək maraqlı olardı...
- Ötən ilin may ayından buradayam. Ölkə çempionatının bəzi oyunlarını – “Neftçi”nin və “Xəzər Lənkəran”ın iştirakı ilə keçirilən qarşılaşmaları izləmişəm. Hətta ölkə kubokunun finalına da baxmışam. Yəni az da olsa çempionatınız haqda məlumatım var idi. Səviyyəli komandaların olduğunu bilirdim. Mövsümə başlayarkən bilirdik ki, iddialılarla eyni səviyyədə mübarizə apara bilməyəcəyik. Çünki “Neftçi”, “Xəzər Lənkəran” və digər komandalar kimi iddialı transferlər etmədik. İş elə gətirdi ki, mövsümün ilk turlarında güclü komandalarla qarşılaşmalı olduq. Heç kim o komandalarla qarşılaşmağı arzulamazdı.
- Azərbaycan çempionatını İngiltərənin hansı dəstəsi ilə müqayisə etmək olar?
- İngiltərənin hər hansı bir dəstəsi ilə Azərbaycan Premyer Liqasının müqayisə etmək mümkün deyil. Bəlkə Şotlandiya çempionatı ilə müqayisə edə bilərəm.
- “Qəbələ” son iki oyunda aktivinə 4 xal yazdırdı. Maraqlıdır, Toni Adams öz oyun üslubunu komandaya aşılaya bilibmi?
- Hazırda əlimdə olan oyunçuların xidmətindən istifadə edirəm. Mənim öz oyun üslubumu komandaya aşılamağım üçün 1-2 il vaxt lazımdır. Çünki mənim istədiyim futbolçular 1-2 ildən sonra komandaya gələcəklər. Yəni mənim görəcəyim iş qabaqdadır. Bir qədər səbir etmək lazımdır.
- Nodar Məmmədov açıqlamasında bildirmişdi ki, baş məşqçi onu öz mövqeyində deyil, yarımmüdafiədə oynadır. Onu oynatdığınız mövqedə istədiyiniz effekti ala bilirsinizmi?
- Nodar Məmmədov U-21-də müdafiənin mərkəzində və solunda oynayır. Albaniya millisi ilə oyunun ilk 15 dəqiqəsində heç də yaxşı çıxış etmədi. Lakin sonradan özünə gəldi və öz oyununu oynamağa başladı. Hətta bir qolun ötürməsini etdi. Nodar fiziki cəhətdən mən istədiyim qədər hazır deyil. Əgər mən istəyən səviyyəyə çatsa, ola bilsin ki, iki ildən sonra onu öz mövqeyində - sol cinah müdafiəçisi kimi istifadə edə bilərəm.
- Əcnəbi mütəxəssis kimi, sizin fikirləriniz daha maraqlıdır. Azərbaycanlı futbolçuların nə kimi çatışmazlıqları var?
- Bu il bu suala cavab verə bilməyəcəyəm. Cavab verəcəyəm, amma bu il yox. Çünki mənim üçün hələ tezdir. İlk ilimdə futbolçular, hakimlər, infrastruktur və burada olan şəraitlə bağlı fikir bildirməyim düz çıxmaz. Vaxtı gələndə Azərbaycan futbolu ilə bağlı öz fikirlərimi bildirəcəyəm.
- “Transfer pəncərəsi”nin bağlanmasının son günündə “Qəbələ” Branimir Subaşiçi transfer etdi. Maraqlıdır, bu transfer sizin öz istəyinizlə həyata keçirilib, yoxsa menecerlər vasitəsilə təklif olunub?
- Bizim oyunçu seçimimiz və transfer sistemimiz çox yaxşıdır. Branimir Subaşiçin transfer məsələsi gündəmə gələndə tərəddüd etmədən razılığımı bildirdim.
- Onun hər hansısa bir oyununu izləmisinizmi?
- Bəli, oyunlarını izləmişəm. Komandamıza faydalı olacağını düşünürəm.

0
0