“Gəncə” klubu 1:1 hesabını “sevir”
13.09.2010 - 10:46
“Gəncə” klubu Unibank Premyer Liqasında maraqlı tendensiyanı davam etdirir. Apasport.az saytının məlumatına görə, Gəncə şəhərinin eyniadlı təmsilçisi güclülər dəstəsinə 4 illik fasilə nəticəsində qayıdışından sonra eyni nəticəni sıralayır. Bu da Fuad İsmayılovun baş məşqçisi olduğu komandanın hər 4 oyununda 1:1 hesablı bərabərliyə imza atmasıdır.
Gəncəlilər ilk iki ev görüşündə “Simurq” və “AZAL”-la, daha sonra Salyanda “Muğan”, Bakıda eyni adlı komanda ilə bu hesabla “sülh bağlayıb”. Özü də “Gəncə” səfər oyunlarında say üstünlüyündən istifadə edə bilməyib. Belə ki, “Muğan”la oyunda rəqibin bir futbolçusu zədələndiyi və həmin vaxta əvəzetmə limiti bitdiyi üçün meydan sahibləri oyunu 10 nəfərlə başa vurmalı olub. “Bakı” ilə görüşdə isə rəqibin iki futbolçusu qırmızı vərəqə alaraq meydandan qovulub. Ancaq gəncəlilər hər iki oyunda uzatma dəqiqələrində qapısından top buraxıb.
Göründüyü kimi, “Gəncə” 1:1 hesablı nəticəni “sevir” və indi ilk qələbəni qazanmaq üçün növbəti turu gözləmək lazımdır. Sentyabrın 18-də “Turan”la ev oyunu isə Qərb derbisi sayılacaq və rəqibin autsayder olması qalib gəlmək şansını artırır. Bu baş tutarsa, 4 illik həsrətə son qoyulacaq. “Gəncə” milli çempionatda sonuncu qələbəsini qayıdana kimi son oyununda - evdə MOİK üzərində qazanıb - 5:3. Debütant qələbə qazanmasa da, liderlər - “Xəzər Lənkəran” və “Neftçi” kimi uduzmayan komandalar sırasında olması ilə öyünə bilər.

0
0