Soçidə “Neftçi”ni görmək istəyirlər
13.09.2010 - 11:07
Soçidə “Neftçi”ni görmək istəyirlər
Bakının “Neftçi” klubu Rusiyanın Soçi şəhərində keçirilən beynəlxalq turnirə dəvət alıb. Apasport.az satının məlumatına görə, "Kuban Kuboku 2010"nun təşkilatçıları paytaxt təmsilçisinin aşağı yaş qruplarından ibarət komandalarının da yarışda iştirak etməsini məqsədə uyğun sayıblar. Hər il 9-16 yaşlı uşaq və yeniyetmələr arasında təşkil olunan bu nüfuzlu turnirdə Rusiya və MDB-nin tanınmış klubları mübarizə aparırlar.

Bu dəfə "Kuban Kuboku 2010" turnirinə 1994-2001-ci il təvəllüdlü futbolçulardan ibarət komandalar dəvət olunublar. Yarışda yerli "Spartak", "Dinamo", "Lokomotiv", "Zenit", "Rubin", eləcə də Ukraynanın "Şaxtyor", "Dnepr", Belarusun "Minsk" və digər klubların uşaq-yeniyetmə komandalarının iştirakı gözlənilir. Bu ilki turnir oktyabrın 25-də start götürüb noyabrın 9-da başa çatacaq.

Mənbə: neftchifc.com