Azərbaycan çempionu üçün 15 oyunçu
13.09.2010 - 11:26
Azərbaycan çempionu üçün 15 oyunçu
Futzal üzrə UEFA kubokunun əsas seçmə mərhələsində mübarizə aparacaq “Araz” klubunun ilkin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi Joze Alessio da Silva avrokuboklarda güvənə biləcəyi 15 oyunçunu müəyyənləşdirib. Braziliyalı mütəxəssis yarışa aparacağı heyəti Marat Salyanski, Andrey Tveryankin, Elnur Zamanov, Rizvan Fərzəliyev, Vitali Borisov, Felipe Ribeyro Dos Santos, Rəcəb Fərəczadə, Elnur Qəmbərov, Konstantin Duşkeviç, Zeynal Zeynalov, Rafael Maçiel De Souza, Anderson Monteyro Da Silva, Eder Antonio Souza De Oliveyra, Salles Leytao İqor, Lusiano Jeronimo Da Silva arasından seçəcək.
.
Qeyd edək ki, Rumıniyada mübarizə aparacaq “Araz” sentyabrın 28-də “Sportinq Finqal” (İrlandiya), ertəsi gün “Nikars”la (Latviya) qarşılaşacaq. Hər iki matç Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Azərbaycan çempionunun son görüşü isə oktyabrın 1-də “Tırqu Mureş”ə (Rumıniya) qarşı olacaq. Bu oyun isə 21:15-də başlayacaq.

Mənbə: affa.az