İspan və ingilis klublarının həftəsi
16.09.2010 - 00:55
İspan və ingilis klublarının həftəsi
UEFA Çempionlar Liqasının qrup mərhələsində I rura yekun vurulub. Apasport.az saytının məlumatına görə, E, F, G və H qruplarında çıxış edən komandalar mübarizəyə qoşulublar. Baş tutan 8 görüşdə heç-heçə qeydə alınmayıb.

Təkcə günün deyil, turun ən böyük hesabı Londonda qeydə alınıb. “Arsenal” Portuqaliya təmsilçisi “Braqa”nı qrup mərhələsinə çıxmağa peşman edib. İspaniya yığmasının üzvü Sesk Fabreqas bir gün əvvəl başlayan “ispan həftəsi”ni davam etdirib. “Barselona” və “Valensiya”nın darmadağınlarından sonra Sesk İngiltərə təmsilçisinin heyətində 2 qol vurub.

Elə “Real”da qələbə qazanmaqda həmyerlilərindən geri qalmayıb. “Kral klubu”nda da argentinalının dublu diqqət çəkib. İquayn “Barselona”da çıxış edən həmyerlisi Messi kimi meydanı 2 qolla tərk edib. Dubl sarıdan zəngin gündə Vela, İbrahimoviç və Anelka da rəqib qapıçısına qənim kəsilib.

Bir gün əvvəl qoyulan avtoqollar ənənəsi isə yenə davam edib. Bu dəfə iki futbolçu qapıları səhv salıb. Bunlardan biri İngiltərə təmsilçisi “Çelsi”nin futbolçusu Aleks olub. “Arsenal” kimi turu darmadağınla başa vuran Londonun digər təmsilçisi 5 qol vursa da bunların birini öz qapısına vurub. Ümumilikdə isə Londonun iki klubu üst-üstə biri avtoqol olmaqla 11 dəfə qol vurmağı bacarıblar. Bir gün əvvəl meydan “sulayan” “Barselona” – “Valensiya” cütlüyünün ümumi top fərqi 9-1 idisə, ingilislər qəbul etdiyi estafeti daha yaxşı davam etdiriblər – 10-1.

UEFA Çempionlar Liqası, qrup mərhələsi

I tur, 15 sentyabr


E qrupu

“Bavariya” (Almaniya) – “Roma” (İtaliya) – 2:0
Müller, 79, Kloze, 83

ÇFR (Rumıniya) – “Bazel” (İsveçrə) – 2:1
Rada, 9, Traore, 12 – Stoker, 45

F qrupu

“Marsel” (Fransa) – “Spartak” (Moskva, Rusiya) – 0:1
Azpilkuetta, 82-öz qapısına

“Zilina” (Slovakiya) – “Çelsi” (İngiltərə) – 1:4
Aleks, 55-öz qapısına - Essyen, 13, Anelka, 23, 28, Starric, 48

G qrupu

“Real” (İspaniya) – “Ayaks” (Hollandiya) – 2:0
İquayn, 30, 73

“Milan” (İtaliya) – “Oser” (Fransa) – 2:0
İbrahimoviç, 66, 69

H qrupu

“Arsenal” (İngiltərə) – “Braqa” (Portuqaliya) – 6:0
Fabreqas, 9-pen., 53, Arşavin, 30, Şamax, 34, Vela, 69, 84

“Şaxtyor” (Ukrayna) – “Partizan” (Serbiya) – 1:0
Srna, 71

Qeyd edək ki, Çempionlar Liqasının I turuna sentyabrın 14-də start verilmişdi. Həmin gün A, B, C və D qruplarında mübarizə aparan komandalar ilk oyunlarını keçirmişdilər.

A qrupu

“Tvente” (Hollandiya) – “İnter” (İtaliya) – 2:2
Yansen, 20, D.Milito, 30-öz qapısına – Sneyder, 14, Eto’O. 41

“Verder” (Almaniya) – “Tottenhem” (İngiltərə) – 2:2
Almeyda, 43, Marin. 48 - Pasanen, 12-öz qapısına, Krauç, 18

B qrupu

“Lion” (Fransa) – “Şalke-04” (Almaniya) – 1:0
Bastos, 21

“Benfika” (Portuqaliya) – “Hapoel” (Təl-Əviv, İsrail) – 2:0
Luizao, 20, Kardoso, 68

C qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Reyncers” (Şotlandiya) – 0:0

“Bursaspor” (Türkiyə) – “Valensiya” (İspaniya) – 0:4
T.Kosta, 16, Aduriz, 41, Ernandes, 68, Soldado, 76

D qrupu

“Barselona” (İspaniya) – “Panatinaikos” (Yunanıstan) – 5:1
Messi, 22, 43, Vilya, 33, Pedro Rodriges, 78, Alves, 90 – Qovu, 20

“Kopenhagen” (Danimarka) – “Rubin” (Rusiya) – 1:0
N’Doye, 87
0